Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya və Çin arasında müştərək müəssisə yaradılır

Rusiya və Çin arasında müştərək müəssisə yaradılır

“Bloomberg” agentliyinin məlumatına görə, Rusiyanın “Novatek” və “Gazprombank” şirkətləri emal həcminə görə dünyada birinci olan Çinin “China Petroleum and Chemical Corporation” (“Sinopec”) şirkəti ilə müştərək müəssisə yaratmaq barədə razılığa gəlib. 
Bildirilir ki, məqsəd Çin bazarını təbii və mayeləşdirilmiş təbii qazla (LNG) təmin etməkdir. Çin Xalq Respublikasının Sədri Si Cinpinin Rusiyaya səfərindən sonraya təsadüf edən razılaşmaya əsasən, müştərək müəssisə “Novatek” şirkətinin hasil və istehsal edəcəyi təbii qazı və LNG-ni Çinə idxal edərək, daxili bazarda satacaq.
“Sinopec” şirkətinin prezidenti Day Houlian məsələyə münasibət bildirərək deyib ki, razılaşma Çinin artan təbii qaz idxalının şaxələndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edilib ki, ötən il 90,385 milyon ton təbii qaz idxal edən Çin bu göstərici ilə Yaponiyanı qabaqlayaraq dünyada ən böyük “mavi yanacaq” idxalçısına çevrilib. Ötən il Çinin təbii qaz idxalı əvvəlki illə müqayisədə 31,9 faiz artıb. Ölkənin xaricdən alınan təbii qazdan asılılığı 45 faiz olub.

 

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

12 2019 01:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Avqust 2019 | 16:53
Rəşad haqq dünyasındadır...
23 Avqust 2019 | 16:39
Braziliyada meşə yanğınları
23 Avqust 2019 | 14:47
Dəməşqdə bayram festivalı

Köhnə versiyamızdan xəbərləri izlə