Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATMU-nun əməkdaşları Alikante Universitetində keçirilən təlimlərdə iştirak ediblər

ATMU-nun əməkdaşları Alikante Universitetində keçirilən təlimlərdə iştirak ediblər

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əməkdaşları Avropa Komissiyasının maliyyələşdirdiyi “Azərbaycan universitetlərində Keyfiyyət təminatı mərkəzlərinin ­yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində İspaniyanın Alikante Universitetində təlimlərdə iştirak ediblər. 
Təlimlərdə Təhsil Nazirliyinin nümayəndəsi, Azərbaycanın 11, Avropanın isə 4 tərəfdaş universitet nümayəndələri təmsil olunub. 
Tədbir moderatorlar- Middlesex Universitetinin (İngiltərə) alimləri George Douflas, Sue Bayley, Ruth Carter, Alikante Universitetinin (İspaniya) alimləri Denise Galvin və Gillermo Bernabeu, Royal Texnologiya Universitetinin (İsveç) alimi Viktor Kordas tərəfindən aparılıb.
Təlim universitetlərin Avropa standartlarına uyğun “SWOT” təhlilinin aparılması, tədris proqramlarının yazılması, İspaniyanın milli keyfiyyət təminatı sistemi və təcrübəsi, effektiv qiymətləndirmə, universitetlərin əsas fəaliyyət göstəriciləri, innovativ tədris-təlim – akreditasiya ­mövzuları çərçivəsində qrup işi, müzakirə və təqdimatlar formatında reallaşıb. 
Qeyd edək ki, Avropa Komissiyasının maliyyələşdirdiyi “Azərbaycan universitetlərində Keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” (RASMUS+EQAC) layihəsi çərçivəsində təşkil olunan təlimlərdə ATMU-nu rektor müşaviri Elvin Yusifli, layihə koordinatoru – dekan müavini Flora Ələsgərova, tədris şöbəsinin müdiri Simnar Məmmədov, beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Humay Cəfərli və menecment kafedrasının müəllimi Aqil Vəliyev təmsil edib.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

12 2019 01:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Avqust 2019 | 17:46
ABŞ-da təyyarə qəzası

Köhnə versiyamızdan xəbərləri izlə