Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATƏT Qazaxıstanda seçkilərin təşkilindən razı qalıb

ATƏT Qazaxıstanda seçkilərin təşkilindən razı qalıb

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru İnqibyort Qisladottir deyib ki, Qazaxıstandakı növbədənkənar prezident seçkiləri uğurlu keçib. Xəbəri “Anadolu” agentliyi yayıb.

Qeyd edək ki, ATƏT rəsmisi dünən paytaxt Nur-Sultanda Qazaxıstanın xarici işlər naziri Beybut Atamkulov ilə görüşüb. Büro rəhbərinin sözlərinə görə, ölkədə seçkiqabağı kampaniya zamanı ciddi qanun pozuntusuna yol verilməyib. İ. Qisladottir vurğulayıb ki, seçkilərə hazırlıq və səsvermənin təşkili məsələləri ilə bağlı ATƏT ilə Qazaxıstan hökuməti arasında konstruktiv əməkdaşlıq yaranıb. 
Qazaxıstanın xarici işlər naziri B.Atamkulov, öz növbəsində ATƏT-in nümayəndə heyətinə minnətdarlıq edib və gələcəkdə seçki prosedurunun təkmilləşdirilməsi üçün səslənən irad və təkliflərin nəzərə alınacağını bildirib. 
Yeri gəlmişkən, dünən Qazaxıstan Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.
Komissiyanın sədr müavini Konstantin Petrov brifinqdə bildirib ki, "Nur Otan" partiyasından prezidentliyə namizəd Qasım-Jomart Tokayev səslərin 70,76 faizini toplayıb.
Qeyd edək ki, 2019-cu ilin mart ayında Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevin istefa verməsindən sonra Kasım-Jomart Tokayev müvəqqəti dövlət başçısı təyin edilmişdi.
“İnterfaks” agentliyi bildirib ki, Qazaxıstanın bir sıra böyük şəhərlərində prezident seçkilərinin nəticələri ilə bağlı etiraz aksiyaları keçirilib. Alma-Atı şəhərində icazəsiz mitinqin 100-dən çox iştirakçısı saxlanılıb. 

M.HACIXANLI, “Xalq qəzeti” 

12 2019 01:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə