Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ və Çin ticarət müharibəsini G-20 sammitində müzakirə edəcək

ABŞ və Çin ticarət müharibəsini G-20 sammitində müzakirə edəcək

Çin Xalq Respublikasının Sədri Si Tsinpin və ABŞ Prezidenti Donald Tramp iyunun 28-29-da Yaponiyanın Osako şəhərində keçiriləcək G-20 sammiti çərçivəsində görüşəcəklər. Bu barədə dünən Çinin “South China Morning Post” qəzeti görüşə hazırlıq məsələləri ilə məşğul olan mənbəyə istinadən məlumat yayıb. 
Bir gün əvvəl isə Prezident Tramp jurnalistlərə G-20 sammitində Si Tsinpinlə görüşünün planlaşdırıldığını deyib. Bununla yanaşı, ABŞ lideri CNBC telekanalına müsahibəsində xəbərdarlıq edib ki, əgər ÇXR sədri Osako sammitinə gəlməsə, dərhal Çin mallarına əlavə gömrük rüsumu tətbiq edəcək. 
Qəzetin yerli analitiklərin fikirlərinə istinadən gəldiyi qənaətə görə, ABŞ və Çin arasında ticarət müharibəsinin hazırkı gərgin vəziyyətində iki liderin görüşü fikir ayrılığını aradan qaldırmasa da, olduqca aktualdır. Elə xarici siyasi ekspertlər də bu fikirdədirlər. “Qlobal fond birjaları əmin olmaq istəyir ki, iki aparıcı iqtisadi derjava liderləri arasında əlaqə kanalları həmişə açıqdır”, -- deyə Mayami Biznes Məktəbinin dekanı Con Kvelç bildirib. 
Xatırladaq ki, bu il mayın 10-da ABŞ 200 milyard dollar həcmində Çin mallarına əlavə olaraq 10 faizlik gömrük rüsumu tətbiq etmişdi və bununla da rüsumu ümumilikdə 25 faizə çatdırmışdı. Bundan əlavə, Prezident Donald Tramp tapşırıq verib ki, daha 300 milyard dollarlıq Çin məhsullarına qarşı gömrük rüsumunun artırılması prosesinə başlanılsın. Buna cavab olaraq Çin də iyunun 1-dən 60 milyard dollarlıq ABŞ mallarına rüsum tətbiq edib. 
Amerika tərəfi öz addımlarını onunla izah edir ki, Pekin ticarət məsələləri ilə bağlı əvvəlki məsləhətləşmələr zamanı əldə olunmuş razılaşmalara əməl etmir. 

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

12 2019 01:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Avqust 2019 | 18:02
Yanğın hadisəsi baş verib
20 Avqust 2019 | 18:01
Volqoqradda güclü istilər

Köhnə versiyamızdan xəbərləri izlə