Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nazir müavini Təhsil Nazirliyi üçün əsas prioriteti açıqladı

Nazir müavini Təhsil Nazirliyi üçün əsas prioriteti açıqladı

Şagirdlərin kitaba, bədii ədəbiyyata üz tutması, mütaliəyə istiqamətləndirilməsi Təhsil Nazirliyi tərəfindən prioritet məsələ kimi qəbul edilir. Bunu “Ədəbiyyat biliciləri” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib.

Məhəbbət Vəliyevanın sözlərinə görə, ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi artıq dördüncü ildir keçirilir.

Nazir müavini müsabiqənin şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları barədə məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin mütaliə vəziyyətini öyrənmək, gənc nəsildə mütaliəyə həvəsi gücləndirmək və bu sahədə xüsusi fəallığı ilə fərqlənənləri qiymətləndirmək baxımından mühüm rolunu diqqətə çatdırıb:  "Mütaliə şagirdlərin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Təsadüfi deyil ki, Təhsil Nazirliyi mütaliəyə ciddi diqqət ayırır".

M.Vəliyeva ümumtəhsil məktəblərində şagirdlərin mütaliə vərdişləri və mədəniyyətinin formalaşdırılması istiqamətində tədbirlərin keçirilməsini yüksək qiymətləndirib.

 

“Xalq qəzeti”

11 2019 17:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyun 2019 | 12:46
Lənkəranda mina aşkar edilib

Köhnə versiyamızdan xəbərləri izlə