Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan qeyri-neft məhsullarının ixracını artırıb

Azərbaycan qeyri-neft məhsullarının ixracını artırıb

2019-cu ilin aprelində Azərbaycanın qeyri-neft məhsullarının ixracı 167 milyon dollar təşkil edib. Bu göstərici ötən ilin aprel ayı ilə müqayisədə 29 faiz artıb.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiyalar Mərkəzi məlumat verib.

İxracın əsas istiqaməti Rusiya olub. Aprel ayında bu ölkəyə 49,6 milyon dollar həcmində qeyri-neft məhsulları ixrac olunub. Türkiyəyə ixrac 48,6 milyon dollar, Gürcüstana isə 12 milyon dollar təşkil edib.

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan qeyri-neft məhsulu ixracı Rusiyaya 165 milyon dollar, Türkiyəyə 148 milyon dollar, Gürcüstana 62 milyon dollar, İsveçrəyə 45 milyon dollar, İtaliyaya 22 milyon dollar məbləğində məhsul ixrac olunub.

 

“Xalq qəzeti”

11 2019 15:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Avqust 2019 | 18:02
Hazır farş almayın
24 Avqust 2019 | 18:01
Ən faydalı süd

Köhnə versiyamızdan xəbərləri izlə