Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xırdalanda “Sazımızın qüdrəti, sözümüzün hikməti” konserti keçirilib

Xırdalanda “Sazımızın qüdrəti, sözümüzün hikməti” konserti keçirilib

Xırdalandakı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin və Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə aşıq sənətinin inkişafına həsr olunan “Sazımızın qüdrəti, sözümüzün hikməti” adlı konsert proqramı təqdim edilib.

Konsertdə milli sərvətimiz olan saz sənətinin qorunub saxlanılmasında, gələcək nəsillərə çatdırılmasında görülən genişmiqyaslı işlərdən söz açılıb. Qeyd edilib ki, Azərbaycan mədəniyyətinə, elminə, sözünə, sazına xidmət göstərmiş Dədə Şəmşir və onun ustadı olmuş Dədə Ələsgər bu gün xalqımızın ürəyində yaşayır.

Tədbirdə Xırdalan, Ceyranbatan, Mehdiabad musiqi məktəblərinin və Rayon Mədəniyyət Mərkəzinin aşıqları çıxış edərək, saz havaları üstündə Dədə Şəmşirin şeirlərini səsləndirib, ustadın yazdığı əsərləri, bir-birindən zəngin saz havaları ifa edərək, tədbirə toplaşanlarda əsl bayram əhval-ruhiyyəsi yaşadıblar.

 

Səməd Hüseynoğlu,
“Xalq qəzeti”nin bölgə müxbiri

11 2019 14:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Avqust 2019 | 18:02
Yanğın hadisəsi baş verib
20 Avqust 2019 | 18:01
Volqoqradda güclü istilər

Köhnə versiyamızdan xəbərləri izlə