Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“YUĞ” Dövlət Teatrı Kazanda diplomla təltif edilib

“YUĞ” Dövlət Teatrı Kazanda diplomla təltif edilib

“YUĞ” Dövlət Teatrının kollektivi Rusiya Federasiyası Tatarıstan Respublikasına səfərdən qayıdıb. Teatrın kollektivi Tatarıstanın paytaxtı Kazanda türkdilli xalqların “Novruz” teatr festivalında iştirak edib.

 “YUĞ” Dövlət Teatrı beynəlxalq festivalda Azərbaycanı R.Akutaqavanın “Cəngəllikdə” əsəri əsasında hazırlanmış “Müəmmalı bir qətlin üç versiyası” tamaşası ilə təmsil edib. K.Tinçurin adına Tatarıstan Dövlət Dram və Komediya Teatrının səhnəsində nümayiş olunan tamaşa həm mütəxəssislər, həm də teatrsevərlər tərəfindən müsbət qarşılanıb. “YUĞ” Dövlət Teatrı festivalda iştirakına görə diplomla və Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının fəxri fərmanı ilə təltif edilib.

“Müəmmalı bir qətlin üç versiyası” tamaşasının quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı Əməkdar artist Vüqar Camalzadədir.

Səhnə əsərində Əməkdar artist Gülzar Qurbanova, aktyorlar Oqtay Mehdiyev, Əbdülqəni Əliyev, Vüqar Hacıyev, Amid Qasımov, Elşən Əsgərov çıxış ediblər.

Q.Kamal adına Tatarıstan Dövlət Akademik Teatrının təşkilatçılığı ilə keçirilən XIV “Novruz” festivalının proqramına Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Rusiyanın teatr kollektivlərinin tamaşaları daxil olub. Festivalda Rumıniyanın Nottara teatrı Molyer və Bulqakovun əsərləri əsasında hazırlanmış “Molyer” tamaşası ilə xüsusi qonaq kimi iştirak edib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

11 2019 13:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Avqust 2019 | 18:02
Hazır farş almayın
24 Avqust 2019 | 18:01
Ən faydalı süd

Köhnə versiyamızdan xəbərləri izlə