Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq Yoqa Günü münasibətilə tədbir keçirilmişdir

Beynəlxalq Yoqa Günü münasibətilə tədbir keçirilmişdir

Hindistan Respublikasının Bakıdakı Səfirliyi 5-ci Beynəlxalq Yoqa Gününün Azərbaycanda qeyd olunması münasibətilə “İşərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Yoqa Şahi Studiyasının dəstəyi ilə Yoqa tədbiri keçirmişdir.

İçərişəhərdə  “Qız qalası”nın qarşısında təşkil olunan tədbiri giriş sözü ilə açan Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vanlalvavna Bavitlunga Yoqa həvəskarlarını salamlamışdır.

“İşərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Əsgər Ələkbərov  çıxış edərək BMT BA-nın  11 dekabr 2014-cü il tarixli qərarı ilə hər il  Beynəlxalq Yoqa Gününün  keçirilməsi, bu Günün Azərbaycanda qeyd edilməsi münasibətilə yoqa iştirakçılarını təbrik etmiş və Yoqanın sağlamlıq və rifah üçün faydalı olduğunu bildirmişdir.

Sonra Yoqa sessiyası başlanmışdır.Yoqa Şahi Studiyasının əməkdaşı Səbinə xanımın rəhbərliyi iləYoqa həvəskarları qrupu  müxtəlif bədən hərəkətləri ilə proqram-məşğələni  yerinə yetirmişlər.

 

Afət Sadıqoğlu,
“Xalq qəzeti”

11 2019 12:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə