Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!
1918-ci il mayın 28-də müsəlman şərqində ilk demokratik respublika – qardaş Azərbaycan Xalq Cümhuriyyətinin yaranması münasibətilə Zati-alinizə şəxsən öz adımdan və Misir-Azərbaycan Parlamentlərarası Dostluq Cəmiyyətinin üzvləri adından ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. 
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin səviyyəsini yüksək dəyərləndirirəm. Bu əlaqələrin tarixi kökləri qədim olsa da, hər iki qardaş dövlətin müdrik rəhbərlərinin səyləri sayəsində daha da yaxınlaşıb və inkişaf edib. 
Uca Allaha dua edirəm ki, xalqlarımıza əmin-amanlıq və sülh, inkişaf və rifah bəxş etsin, Zati-alinizi öz amanında və hifzində saxlasın.
Dərin hörmətlə, 

 

Usamə Əl-Əbd
Misir-Azərbaycan Parlamentlərarası Dostluq Cəmiyyətinin sədri, Misir Parlamentinin Dini məsələlər və Vəqflər komitəsinin sədri, İslam Universitetləri Birliyinin Baş katibi

10 2019 21:37 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə