Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 259 Bakı şəhəri, 4 iyun 2019-cu il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”nda dəyişikliklər edilməsi haqqında

“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 yanvar tarixli 476 nömrəli Fərmanının 9.2-ci bəndi- nin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1220) ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 7.1-ci bənddə “Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu” sözləri “Nazirlik yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti” sözləri ilə əvəz edilsin.
2. 7.5.1-ci və 7.6.1-ci yarımbəndlərdə “Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun” sözləri “Nazirlik yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin” sözləri ilə əvəz edilsin.
3. Qaydalara 7 nömrəli əlavə - “Kvota ayrılması barədə ərizə forması”nda “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti” sözləri “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti” sözləri ilə əvəz edilsin.

 

Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə