Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 258 Bakı şəhəri, 4 iyun 2019-cu il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 fevral tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”nda dəyişikliklər edilməsi barədə

“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanının 7.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 fevral tarixli 7 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 2, maddə 114, № 11, maddə 969; 2005, № 1, maddə 51; 2008, № 8, maddə 787; 2017, № 2, maddə 325, № 6, maddə 1225; 2018, № 7 (II kitab), maddə 1639) ilə təsdiq edilmiş “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”nın 3-cü hissəsinin birinci cümləsinə, 4-cü hissəsinin birinci abzasına və 8-ci hissəsinə ismin müvafiq hallarında “şəhər, rayon şöbəsi” sözlərindən sonra ismin müvafiq hallarında “və ya “DOST” mərkəzi” sözləri əlavə edilsin.

 

Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə