Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı teatrın fasad hissəsinin və inzibati binanın mərhələli təmiri üçün AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir ) lot üzrə keçirilir.
Lot-1. Teatrın fasad hissəsinin və inzibati binanın mərhələli təmirinin satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, 28 May küçəsi 8 nömrəli ünvandan (əlaqələndirici şəxs- Babayev Yuri Çingizoviçdən, telefon- (012) 493-61-05) ala bilərlər.
İştirak haqqı 150 manatdır.
Təşkilat- Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
H/h-AZ82İBAZ38090019449327254120
VÖEN-1400312651
Bank-“ABBPremyer” Müştəri Xidməti
Kod-805250 
VÖEN-9900001881
M/h-AZ03NABZ01350100000000002944
SWIFT- İBAZAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanlarından arayış;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır. Xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir. Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 11 iyul 2019-cu il saat 17.00-dək, tender təklifi və bank zəmanətini isə 23 iyul 2019-cu il saat 17.00-dək möhürlənmiş, ikiqat zərflərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına (ünvan- Bakı şəhəri, 28 May küçəsi 8) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 24 iyul 2019-cu il saat 14.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

9 2019 02:15 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
8 Avqust 2020 | 00:01
B İ L D İ R İ Ş
8 Avqust 2020 | 00:00
B İ L D İ R İ Ş
8 Avqust 2020 | 00:00
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə