Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Astarada sahil nəzarəti bölməsinin xidməti ərazisində saxlanılan şəxslərdə narkotik aşkarlanıb

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sərhəd mühafizəsinin etibarlı təmin olunması sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir. 
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 3-də saat 23:30 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Astara rayonu Kələdəhnə kəndi yaxınlığındakı sahil nəzarəti bölməsinin xidməti ərazisində “Niva” markalı AZ 43-BC-686 nömrəli dövlət nömrə nişanlı avtomobilin sahilboyu əraziyə yaxınlaşması sərhəd naryadı tərəfindən müşahidə olunub. Avtomobildə olan üç naməlum şəxsin yaxınlıqdakı kolluğa yaxınlaşmaları, onlardan birinin kolluqda nə isə axtarması və əlində dolu kisə ilə qayıtması şübhə doğurub. Onların yaxalanması barədə qərar verilib. 
Sərhədçilərin “Dayan” komandasını eşidərək qaçmağa cəhd edən həmin şəxslər havaya xəbərdarlıq atəşi açıldıqdan sonra saxlanılıblar. Kolluqdan götürülmüş kisəyə baxış zamanı ümumi çəkisi 2 kiloqram 650 qram olan narkotik vasitə (1 kq tiryək, 1 kq həşiş, 650 qram heroin), 285 “Metadon” həbi aşkarlanıb.
Saxlanılmış vətəndaşların şəxsiyyəti müəyyən edilib. Onların Lənkəran rayon sakini 1984-cü il təvəllüdlü Əliyev Xaliq Bayram oğlu, Lerik rayon sakinləri 1979-cu il təvəllüdlü Bayramov Fuad Həsənağa oğlu və 1982-ci il təvəllüdlü Xosurov Rüfət Rizvan oğlu olduqları müəyyənləşib. 
Fakt üzrə DSX-nin istintaq və təhqiqat idarəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

 

5 2018 21:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə