Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

SOCAR və BP birgə neft-kimya kompleksinin tikintisini planlaşdırır

SOCAR və BP birgə neft-kimya kompleksinin tikintisini planlaşdırır

“SOCAR Turkey” şirkətinin xarici əlaqələr üzrə rəhbəri Murat Lekompte Trend-ə özəl müsahibəsində bildirib ki,  “Star” neft emalı zavodu işə salınma mərhələsindədir.

Murad Lekomptenin sözlərinə görə, zavodda sınaq prosesi demək olar ki, başa çatıb: “Bütün bölmələr istifadəyə verilib, istehsal faktiki olaraq başlayıb. Zavodda reaktiv yanacaq, dizel yanacağı, mayeləşdirilmiş karbohidrogen qazı və digər məhsullar istehsal olunur”.

M.Lekomptenin sözlərinə görə, bu ilin sonunadək zavodda 8 milyon tonadək xam neft emal olunacaq.

“Petkim” neft-kimya kompleksi barədə danışan şirkət rəsmisi bildirib ki, müəssisə Türkiyədə ən iri neft-kimya məhsulları istehsalçısıdır: “Hazırda müəssisə bazarda tələbatın təxminən 20 faizini təmin edir. Türkiyədə "Petkim"in müştəriləri 2500-3000 nəfərdir. Ölkə xaricində "Petkim" 11 ölkəyə məhsul ixrac edir. Kompleks 20-dən çox müxtəlif məhsul istehsal edir”.

SOCAR-ın Türkiyəyə yatırdığı investisiyaları barədə danışan M.Lekompte vurğulayıb ki, şirkət bu ölkədə ən iri beynəlxalq investordur: “Türkiyəyə ən iri investisiyalar faktiki olaraq Azərbaycandan, SOCAR-dan daxil olur. 2008-ci ildən SOCAR Türkiyədə işə başlayandan bu günədək investisiyaların ümumi həcmi 15 milyard dollar təşkil edib. Əgər planlaşdırılmış məbləğləri əlavə etsək, 19,5 milyard dollar rəqəmini əldə edirik. 2020-ci ildən başlayaraq yeni neft-kimya zavodunun tikintisi planlaşdırılır. Hazırda bunun üzərində işləyirik, bu işə 2-3 il vaxt gedəcək. Bu, "SOCAR Turkey" ilə BP-nin birgə layihəsidir”.

8 2019 15:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə