Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə hərbçiləri PKK terrorçularına məxsus çoxlu silah-sursat ələ keçiriblər

Türkiyə hərbçiləri PKK terrorçularına məxsus çoxlu silah-sursat ələ keçiriblər

Türkiyə Silahlı Qüvvələri "Pəncə" əməliyyatı çərçivəsində İraqın şimalında PKK terror qruplaşmasına məxsus çox sayda silah, sursat və partlayıcı qurğular ələ keçiriblər.

Türkiyə KİV-lərinə istinadən verilən məlumata görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, Kərkük rayonunda aparılan xüsusi əməliyyat zamanı terrorçulara aid sığınacaq və iki mağara aşkar edilib: "Sığınacaq və mağaralarda 470 ədəd silah-sursat, 34 detonator, 10 ədəd əleyqaz, tibbi avadanlıqların olduğu çanta, sənədlər, qida məhsulları aşkar edilib".

Xatırladaq ki, mayın 28-də Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda irimiqyaslı əməliyyata başlayıb.

 

“Xalq qəzeti”

8 2019 15:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə