Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bəstəkarlarla görüş” layihəsi davam edir

“Bəstəkarlarla görüş” layihəsi davam edir

Qara Qarayevin Ev-Muzeyində “Bəstəkarlarla görüş” layihəsi çərçivəsində  növbəti görüş Qara Qarayev bəstəkarlıq məktəbinin yetirməsi olan, görkəmli bəstəkar, Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Azər Dadaşov və “Azər Dadaşov adına  Pianoçuların IV Beynəlxalq Müsabiqəsi”nin  qalibləri ilə görüş keçirilmişdir. 

Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır.

Muzeyin şöbə müdiri Xanım Abdinova Azər Dadaşovun yaradıcılığı, Azərbaycan musiqisində, incəsənətində xidmətləri haqqında məlumat vermişdir.

Musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natalya Dadaşova “Azər Dadaşov adına Pianoçuların Beynəlxalq Müsabiqəsi”-nin yaranma tarixi və işi haqqında çıxış etmişdir.

Bakı Musiqi Akademiyasının fortepiano kafedrasının və məktəb studiyasının müəllimi Nuranə Zeynalova Azər Dadaşovun yaradıcılığında fortepiano musiqisi haqqında çıxış etmişdir.

Bütün çıxışlar bəstəkarın həyat və yaradıcılıq yolunu işıqlandıran slayd-şou ilə müşayiət olunacaqdır.

Tədbirin bədii hissəsində “Azər Dadaşov adına pianoçuların IV Beynəlxalq müsabiqəsi” qaliblərinin ifalarında bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim olunmuşdur.

Tədbirin iştirakçıları musiqi ictimaiyyəti, Bakı Musiqi Akademiyasının, Bəstəkarlar İttifaqının nümayəndələri, Bakıda fəaliyyət göstərən muzeylərinin əməkdaşları, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, KİV nümayəndələri və başqaları olmuşdur.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

8 2019 12:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə