Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan! sənsən mənim ülviyyətim” adlı tədbir keçirilib

“Azərbaycan! sənsən mənim ülviyyətim” adlı tədbir keçirilib

Özbəkistandakı Heydər  Əliyev adına Azərbaycan Mədəniyyət  Mərkəzinin layihəsi ilə Daşkənd və digər şəhərlərdə keçirilən "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri" tədbirləri çərçivəsində bu ölkənin nüfuzlu təhsil ocağı olan Sənət və Mədəniyyət Universitetində "Azərbaycan! sənsən mənim ülviyyətim" adlı tədbir, möhtəşəm konsert proqramı təqdim edilib.

Tədbirdə sözügedən ali təhsil ocağının rəhbərliyi, müəllim və tələbə heyəti, ölkənin elm, mədəniyyət xadimləri, Azərbaycan Səfirliyinin və Mədəniyyət Mərkəzinin əməkdaşları, jurnalistlər iştirak ediblər.

İlk öncə çıxış edən Özbəkistan Sənət və Mədəniyyət Universitetinin rektoru, professor İbrahim Yuldaşov "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri" tədbirlərində rəhbərlik etdiyi ali məktəbin də iştirak etməsindən məmnun olduğunu qeyd edərək, vurğulayıb ki, dünyada Özbəkistan və Azərbaycan kimi çox az sayda xalqlar vardır ki, bir-birinə bu qədər yaxın olsun. O, bu münasibətlərin həm orta əsrlərdə, həm Sovet dövründə, həm də ölkələrimiz istiqlaliyyət əldə etdikdən sonra da uğurla davam etdiyini söyləyərək, Azərbaycanın zəngin mədəniyyətinin öyənilməyə layiq olduğunu qeyd edib.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət  Mərkəzinin direktoru Samir Abbasov çıxışında Mərkəzin layihəsi ilə hər il qardaş ölkədə keçirilən "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri" haqqında məlumat verərək, bu cür tədbirlərin xalqlarımızı bir birinə yaxınlaşdırdığını qeyd edib. O, Şərqdə ilk demokratik Cümhuriyyət quran, qadının ilk dəfə olaraq seçki hüququnu tanıyan, operanın əsasını qoyan, universitet, mətbuat, teatr, kino ənənələri ilə seçilən istedadlı xalqımızın yaratdığı zəngin mədəniyyəti və ədəbiyyatının dünyaya çatdırılmasının vacib və şərəfli iş olduğunu və bu istiqamətdə Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələri qeyd edib.

Daha sonra "Azərbaycan! sənsən mənim ülviyyətim" adlı möhtəşəm konsert proqramı təqdim edilib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

8 2019 12:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə