Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Konqresinin üzvü 28 May Respublika Günü münasibətilə bəyanatla çıxış edib

ABŞ Konqresinin üzvü 28 May Respublika Günü münasibətilə bəyanatla çıxış edib

ABŞ Konqresinin Nümayəndələr Palatasının iclasında Alabama ştatını təmsil edən konqresmen Robert Aderholt (respublikaçı) Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 101 illiyi münasibətilə bəyanatla çıxış edib. 
Bəyanatda bildirilir ki, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsini qəbul edərək müsəlman Şərqində ilk dünyəvi parlament demokratiyası olan Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyub.
Bəyanatda 1920-ci ildə bolşeviklərin Azərbaycanı işğal edərək sovet hökumətinin əsasını qoyduğu, Azərbaycanın zor tətbiq edilməklə Sovet İttifaqına birləşdirildiyi və bir neçə onillik ərzində sovet rejiminin təzyiqləri altında əziyyət çəkdiyi diqqətə çatdırılıb. Həmçinin Sovet İttifaqının çöküşündən sonra 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdiyi vurğulanıb. Qeyd edilib ki, ABŞ 1991-ci il dekabrın 25-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il fevralın 19-da qurulub. 
Azərbaycanın kommunist imperiyasının dağılmasından sonra ABŞ-ın güclü və etibarlı müttəfiqinə çevrildiyini vurğulayan konqresmen R.Aderholt bildirib ki, bu gün Azərbaycan ABŞ-ın etibarlı tərəfdaşı olmaqla yanaşı, Qafqazda və Mərkəzi Asiyada mühüm rol oynayır. Azərbaycan 2001-ci il 11 sentyabr terror hücumlarından sonra ABŞ-a təmənnasız yardım göstərən ilk ölkələrdən biri olub. ABŞ-ın ən yaxın müttəfiqi İsrail ilə Azərbaycanın güclü dostluq və tərəfdaşlıq münasibətləri mövcuddur. Azərbaycan NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramının iştirakçısı kimi, 2002-ci ildən etibarən NATO-nun Əfqanıstanda sülhməramlı əməliyyatlarına dəstək verir, missiyaya yardım məqsədilə hərbi kontingentlə təmsil olunur. 
Bəyanatın sonunda Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümündə iki ölkə arasında strateji münasibətlərə və davamlı dostluğa görə ABŞ-ın Azərbaycana minnətdar olduğu bildirilib. Bundan əlavə, gələcək illərdə bu güclü və yaxın dostluğun davam etməsi və daha da güclənməsinə əminlik ifadə olunub.   
Bəyanatın tam mətni ilə https://www.congress.gov/116/crec/2019/06/03/CREC-2019-06-03-pt1-PgE697-3.pdf keçidi vasitəsilə tanış olmaq mümkündür.  

 

Yusif  BABANLI,
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

7 2019 23:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə