Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kürdəmir: barama tədarükünə başlanılıb

Kürdəmir: barama tədarükünə başlanılıb

Kürdəmir rayonunda yaş barama tədarükünə başlanılıb. İndiyədək 6 min 806 kiloqram yaş barama qəbul olunub. Builki mövsümdə barama istehsalının həcmi ötən illə müqayisədə 13 ton artırılaraq, 33 tona çatdırılması planlaşdırılıb. 253 kümçü ailəsi ilə müqavilə bağlanılıb, onlara 825 (15675 qram) qutu ipəkqurdu paylanılıb.
Rayonun Qaramahmudlu, Sovla, Mollakənd, Carlı, Yenikənd,  Köhünlü, Qocalı və digər kəndlərində daha çox barama yetişdirilib. Artıq kənd sakinləri ərsəyə gətirdikləri məhsulun bar- bərəkətini görməyə başlayıblar. 
Mövsümün ilk günündə Sovla kəndindən Ərzuman Məmmədov məntəqəyə 115 kiloqram, Qaramahmudlu kəndindən Əlisa Azayev 111,6 kiloqram, Qocalı kəndindən Sənan Məmmədov 95,4 kiloqram barama təhvil veriblər.
Baramanın qəbulu “Azəripək” MMC-nin tədarük üzrə mütəxəssisinin iştirakı ilə həyata keçirilir. Kümçülərə təhvil verdikləri yaş baramanın hər kiloqramına görə 9 manat ödəniləcək. Tədarük edilən barama “Azəripək” MMC tərəfindən ayrılmış nəqliyyat vasitəsilə müəssisəyə yola salınıb.

 

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

7 2019 23:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə