Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

QHT-lər sosial islahatlarla bağlı konfrans keçirdilər

QHT-lər sosial islahatlarla bağlı konfrans keçirdilər

İyunun 4-də “Xalq qəzeti”nin konfrans zalında “Hilal”, “Demokratik Tələbə Gənclər”, “Müasir İnkişaf”, “Soyqırım Həqiqətlərinin Tanıdılması”, “Gənclərin Töhfəsi”, “Milli-Mənəvi Dəyərlərə Dəstək” ictimai birliklərinin təşəbbüsü ilə “Ölkədə həyata keçirilən islahatlar: çətinliklər və perspektivlər” mövzusunda tədbir keçirildi.

Konfransı giriş sözü ilə “Hilal” İctimai Birliyinin sədri Arzuman Abdulkərimov açaraq Prezident İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində insan faktorunun dayandığını bildirdi. O, ölkəmizdə fəaliyyət göstərən aparıcı QHT-lərin vətəndaş hərəkatı olaraq bu islahatları dəstəklədiklərini vurğuladı. 
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Hikmət Babaoğlu QHT-lər tərəfindən belə bir tədbirin təşkil olunmasını təqdir etdi. O, ölkədə 2014-2015-ci ildən başlayaraq həyata keçirilən islahatlar barədə məlumat verdi. Bildirdi ki, 2019-cu ildə Prezident İlham Əliyev tərəfindən 2 milyard manatdan çox vəsait məhz sosial sahə üçün ayrılıb və bu addım cəmiyyətdə böyük sevinclə qarşılanıb. H.Babaoğlu bu islahatların əhalinin sosial durumunun daha da yaxşılaşmasına müsbət təsirindən söhbət açdı. Deputat çıxışında elektron hökumətin üstünlüklərindən, faydalarından danışdı.
Milli QHT Forumunun vitse-prezidenti Asif Əsgərli ölkəmizdə islahatların davamlı olduğunu və cəmiyyətdə böyük əks-səda doğurduğunu diqqətə çatdırdı. O, vergilər, sosial innovasiyalar, o cümlədən mədəni-humanitar sektorlarda da tədricən islahatların daha səmərəli formada aparılacağından söz açdı.
Sonra, “Milli-Mənəvi Dəyərlərə Dəstək” İctimai Birliyinin sədri Azər Həsənsoy, sosioloq-alim Əhməd Qəşəmoğlu Prezident İlham Əliyevin sosial siyasətə üstünlük verdiyini diqqətə çatdırdılar. Onlar dövlət başçısının göstərişlərinin bütün sahələrdə uğurla icra olunmasının vacibliyini qeyd etdilər. 
Çıxışçılar struktur islahatları ilə yanaşı, aqrar sektorun, turizmin inkişaf perspektivlərindən də bəhs etdilər.Tədbir iştirakçıları, eyni zamanda, inzibati-ərazi islahatlarının aparılması, regional məskunlaşma üzrə dövlət proqramının hazırlanması, əmək haqlarının diferensiallaşdırılması, ­QHT fəallarının, alimlərin bu proseslərə aktiv cəlb olunması, əhalinin bağlanan banklarda qalan əmanətlərinin qaytarılması və s. istiqamətdə təkliflər də səsləndirdilər.

 

Anar TURAN,
“Xalq qəzeti”

 

7 2019 23:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə