Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İşğalçı rejimin fitnəkarlığı ifşa olundu

İşğalçı rejimin fitnəkarlığı ifşa olundu

Fransanın məhkəmə sistemi Dağlıq Qarabağla bağlı ədalətli qərara imza atıb. Belə ki, bu ölkənin inzibati məhkəməsi Arnuvill şəhəri (Val Duaz Departamenti) ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı ləğv edib. Bu xəbər ölkə ictimaiyyətində dərin razılıq hissi doğurub. Milli Məclisin deputatı Tahir Rzayev bu barədə fikirlərini oxucularımızla bölüşüb: 

– Fransa ATƏT-nin Minsk qrupunun həmsədr ölkələrindən biridir. Fikrimcə, erməni diasporunun xeyli güclü olduğu ölkədə Dağlıq Qarabağla bağlı belə bir ədalətli qərarın çıxarılması xüsusi əhəmiyyət kəsb edir. 
Məlumdur ki, işğalçı Ermənistan mövcud status-kvonu legitimləşdirmək üçün mütəmadi olaraq planlı şəkildə müxtəlif təxribatlara əl atır. Onlardan biri də erməni lobbisinin güclü olduğu ölkələrdə bu imkanlardan istifadə etməklə işğal etdikləri Azərbaycan torpaqlarında yerləşən inzibati əraziləri həmin ölkənin müvafiq əraziləri ilə siyasi-hüquqi identifikasiya etmək cəhdləridir. 
Bu dəfə ermənilərin məkrli planları ifşa olundu. Çünki sözügedən qərar işğalçı rejimin bu istiqamətdəki qanunsuz cəhdlərinə ciddi təpkidir. Əminəm ki, rejimin işğala hüquqi don geyindirmək niyyəti bundan sonra da gözündə qalacaq. Bu insident gələcəkdə Dağlıq Qarabağla bağlı haqqın, ədalətin zəfər çalmasına yol aça bilər. 
Bu məqamı da vurğulamağa ehtiyac duyuram. Hesab edirəm ki, müstəqil Azərbaycan dövləti Dağlıq Qarabağla bağlı qətiyyətli xarici siyasət xətti yürüdür və bizim bu istiqamətdə uğurlarımız getdikcə artacaq. 
Azərbaycan xalqının və dövlətinin tələbləri qanunidir. Ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, öz ərazi bütövlüyünü bərpa etmək hüququ var. Bu həqiqəti dünyanın müxtəlif ölkələrində məkrli planlar quran ermənilər, nəhayət, başa düşməlidirlər, yoxsa gec olacaq. 

 

Söhbəti qələmə aldı: 
M.HACIXANLI, “Xalq qəzeti”

 

 

7 2019 23:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə