Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN Nardaran qəsəbəsindəki 295 nömrəli tam orta məktəbdə təlim keçirib

FHN Nardaran qəsəbəsindəki 295 nömrəli tam orta məktəbdə təlim keçirib

İyunun 7-də Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə Sabunçu rayonunun Nardaran qəsəbəsindəki 295 nömrəli tam orta məktəbdə yanğın təhlükəsizliyinə dair təlim keçirilib. 
FHN-dən bildiriblər ki, nazirliyin canlı qüvvə, müvafiq texnika və avadanlığının cəlb edildiyi təlimdə məqsəd məktəbin kollektivinə yanğın təhlükəsizliyi qaydalarının aşılanması olub.
Təlimdə simulyasiya edilmiş yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğınsöndürən və təcili tibbi yardım dəstələri təlimatda nəzərdə tutulmuş müddətdə hadisə yerinə çatıblar. Şərti yanğının baş verdiyi məktəbdə insanların təxliyə planına uyğun olaraq, təhlükəsiz yerə köçürülməsi həyata keçirilib. Sinif otaqlarında qalmış məktəblilər xilas edilib, şərti xəsarət almış məktəblilərə ilkin tibbi yardım göstərilib.
Təlim uğurla başa çatıb.

AZƏRTAC

7 2019 23:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə