Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyada 4 milyon qaçqın uşaq məktəbdən uzaq düşüb

Dünyada 4 milyon qaçqın uşaq məktəbdən uzaq düşüb

İl ərzində məktəbə getməyən qaçqın uşaqların sayı 500 min nəfər artaraq 4 milyona çatıb.
Bu barədə məlumat BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Cenevrədə dərc olunan məruzəsində əksini tapıb. Məruzədə, həmçinin qurumun qəyyumluğu altında olan 19,9 milyon qaçqından 7,4 milyonunun məktəbli yaşında uşaqların olduğu qeyd edilir.
“Təhsil uşaqlara yaralarını sağaltmaq və ölkəni bərpa etmək imkanı verir. Təhsilsiz gələcək bu uşaqların bəxtinə düşmüşdür”, – deyə qurumun başçısı Filippo Qrandi bildirib. Onun sözlərinə görə, qaçqın uşaqlarının normal həyata uyğunlaşması üçün məktəb yeganə məkandır və onların təhsil alması üçün təcili investisiyalar vacibdir. Əks halda, bu uşaqların böyük əksəriyyəti narahatlıq doğuran uyğun statistikanı artıracaq.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına əsasən, hazırda qaçqın vəziyyətində yaşayan uşaqların 61 faizi ibtidai məktəbə, 
23 faizi isə orta məktəbə gedir.

M.MÜKƏRRƏMOĞLU, 
 “Xalq qəzeti”

5 2018 21:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə