Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İyunun 7-də gözlənilən hava şəraiti haqqında məlumat

İyunun 7-də gözlənilən hava şəraiti haqqında məlumat

Bakıda və Abşeron yarımadasında

Günəşli.  Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu  gecə 20-23° isti, gündüz  27-32° isti,

Bakıda gecə 21-23° isti, gündüz  30-32°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət  gecə 65-75 %, gündüz 45-55 %  olacaq.  

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba)

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu  20-21° isti təşkil edəcək.

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu  22-23° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz  32-37° isti, dağlarda gecə 13-18° isti,  gündüz 20-25°  isti təşkil edəcək.

7 2019 12:51 - EKOLOGİYA
EKOLOGİYA

Köhnə versiyamızdan xəbərləri izlə