Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Cebi” qasırğası Saxalin küçələrini çaya döndərib

Rusiyanın Saxalin əyalətinə gələn “Cebi” qasırğası fəsadlar törədib. Güclü yağış və külək ağacları aşırıb, elektrik dirəklərini yıxıb, Şəhərin küçələri axar çaylara dönüb. Elektrik verilişi kəsilib.
Saxalinin əsas magistral avtomobil yolu bağlanıb. Qasırğaya görə, onlarca aviareys təxirə salınıb. Qatarların hərəkəti dayandırılıb.
Qeyd edək ki, bundan əvvəl “ Cebi” qasırğası Yaponiyada 
11 nəfərin həyatına son qoyub, 600 nəfər xəsarət alıb.
 

Qəzənfər QASIMOV, 
“Xalq qəzeti”

5 2018 21:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə