Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Uralda iki zəlzələ

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, bir gündə Ural regionunda iki zəlzələ olub.
Birinci zəlzələ 5,5 bal gücündə Ufa şəhərindən 133 kilometr şərqdə, yerli vaxtla saat 4:00-da olub. Zəlzələnin epimərkəzi Katav-İvanovsk olub. Yeraltı təkanlar Başqırdıstanda, Çelyabinsk və Sverdlovsk vilayətlərində də hiss edilib. Təbii fəlakət nəticəsində dağıntı və tələfat olmasa da, ondan çox bina ciddi zədələnib.
İkinci zəlzələ 4,4 bal gücündə, yerli vaxtla saat 12:27-də qeydə alınıb. Zəlzələnin epimərkəzi Katav-İvanovskdən 21 kilometr cənub-şərqdə 2 kilometr dərinlikdə qeydə alınıb. Dağıntı və tələfat yoxdur.
 

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

5 2018 21:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə