Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

UEFA səfər qolu qaydasının ləğvini nəzərdən keçirir

UEFA səfər qolu qaydasının ləğvini nəzərdən keçirir

Qitə miqyaslı klub yarışlarında səfər qolu qaydasına yenidən baxılması üçün Avropanın aparıcı baş məşqçiləri UEFA-ya müraciət ediblər. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Təcrübəli mütəxəssislərin İsveçrənin Nyon şəhərindəki forumundan sonra açıqlama verən qurumun yarışların təşkili üzrə direktoru Corco Marketti hazırda səfərdə qol vurmağın əvvəlki kimi çətin olmadığını qeyd edərək qaydaya yenidən baxılmasının vacibliyini bildirib: “Biz bu müraciətə baxacağıq. Onlar hesab edirlər ki, futbolda vəziyyət dəyişib və indi səfər qolunun əhəmiyyəti bu qaydanın tətbiq olunduğu uzun illər əvvəki kimi deyil”, – deyə Corco Marketti qeyd edib. 
Görüşə Massimiliano Alleqri (“Yuventus”, İtaliya), Karlo Ançelotti (“Napoli”, İtaliya), Rafael Benites (“Nyukasl”, İngiltərə), Rudi Qarsiya (“Olimpik Marsel”, Fransa), Şenol Günəş (“Beşiktaş”, Türkiyə), Serjiu Konseysau (“Portu”, Portuqaliya), Xulen Lopetegi (“Real Madrid”, İspaniya), Joze Mourinyo (“Mançester Yunayted”, İngiltərə), Tomas Tuxel (PSJ, Fransa), Paulu Fonseka (“Şaxtyor”, Ukrayna), Unay Emeri (“Arsenal”, İngiltərə) ilə yanaşı, hazırda klubsuz qalan Arsen Venger də qatılıb. Əvəzində Xosep Qvardiola (“Mançester Siti”, İngiltərə), Dieqo Simeone (“Atletiko”, İspaniya) və “Real Madrid”in sabiq baş məşqçisi Zinəddin Zidan tədbirə dəvət almayıb. 
Qeyd edək ki, UEFA-nın tətbiq etdiyi hazırkı qaydalara əsasən, ev və səfər oyunlarındakı topların nisbəti bərabər olduqda, rəqib meydanında daha çox qol vuran komanda cütün qalibi sayılır. İlk dəfə 1965-ci ildə tətbiq olunan bu qayda dəmir pul atılması və ya neytral meydanda daha bir oyunun keçirilməsinə alternativ olaraq qüvvəyə minib. 
 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

5 2018 21:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə