Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

De Mistura Putin və Ərdoğanı İdlibdə vəziyyəti nizamlamağa çağırıb

De Mistura Putin və Ərdoğanı İdlibdə vəziyyəti nizamlamağa çağırıb

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stafan De Mistura bildirib ki, son günlər Suriyanın İdlib əyalətində vəziyyət çox gərginləşib. Bölgədə hər an kəskin silahlı toqquşmalar və zorakılıqlar baş verə bilər. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 
De Mistura Türkiyə və Rusiya liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanı İdlibdə olduqca gərgin vəziyyətin nizamlanması üçün səylərini artırmağa çağırıb. Bu arada Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb ki, Türkiyə və Rusiyanın Suriya üzrə işçi qrupları İdlibdəki vəziyyəti müzakirə etmək üçün Ankarada növbəti dəfə görüşüblər. Görüşün təfərrüatları barədə açıqlama verilməyib. 
Qeyd edək ki, İdlib əyaləti Suriyada Bəşər Əsəd rejiminə qarşı vuruşan silahlı müxalifətin, eləcə də Türkiyə və başqa qonşu ölkələrdən Vətənə qayıtmış minlərlə suriyalı qaçqın ailələsinin son sığınacaq yeri hesab olunur. Suriyanın hökumət qoşunlarının öz müttəfiqlərinin dəstəyi ilə İdlibdə yaxın vaxtlarda genişmiqyaslı hücuma keçəcəyi gözlənilir. Artıq Rusiya aviasiyasının silahlı müxalifətin mövqelərini bombardman etməsi barədə məlumatlar yayılıb. 
De Mistura dünən İdlibdəki ağır vəziyyətlə bağlı Cenevrədə keçirdiyi brifinqdə bildirib ki, o, Putin və Ərdoğanın bu il sentyabrın 7-də Tehranda keçiriləcək sammit ərəfəsində problemin sülh, dinc yolla həllinə nail ola biləcəklərinə ümid bəsləyir. 
BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi həmçinin hesab edir ki, İdlibdə qarşı-qarşıya gələn qüvvələrin əlində tərkibində kimyəvi maddələr olan silahlar var. Əgər toqquşmalar şiddətlənərsə, tərəflər bir-birinə qarşı kimyəvi hücumlar təşkil edə bilər. Nəticədə, De Misturanın sözlərinə görə, dinc insanlar arasında bu günə qədər görünməyən dərəcədə kütləvi tələfatlar qeydə alınacaq.
 

M.HACIXANLI, “Xalq qəzeti”

5 2018 21:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə