Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İstanbulda beynəlxalq simpozium keçiriləcək

İstanbulda beynəlxalq simpozium keçiriləcək

İstanbul Mədəniyyət Universitetinin ev sahibliyində baş tutacaq beynəlxalq simpoziumun hazırlıq işləri davam etməkdədir. Qazaxıstan, Fələstin və Makedoniya universitetlərinin, eləcə də Azərbaycandan Bakı Avrasiya Universitetinin dəstək verdiyi beynəlxalq tədbirdə  dünyanın müxtəlif ölkələrindən dəvət almış elm adamlarının iştirakı gözlənilir.

 27 İyun 2019-cu il tarixində işə başlayacaq simpozium müasir təhsilin ən müxtəlif problemlərinin müzakirəsinə həsr edilir. Beynəlxalq statuslu tədbirdə mühazirələr türk və ingilis dilində aparılacaq. Müasir təhsilin tarixi inkişafı; məktəb baxçalarının peysaj dizaynı; ekoloji məktəblər; şəhərləşmə və məktəb dizaynı; gələcəyin məktəbləri; məktəb, həyat, məhəllə münasibətləri və s. mövzuların  müzakirə olunacağı tədbir 3 gün davam edəcəkdir. Tədbirin sonunda iştirakçılara beynəlxalq sertifikat veriləcək.  Maraqlananlar  (+994) 50 977 9923 nömrəli telefonla əlaqə saxlaya bilər.

“Xalq qəzeti”

 

4 2019 16:40 -
28 Avqust 2019 | 17:35
Rusiyanın TF-X marağı

Köhnə versiyamızdan xəbərləri izlə