Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Finlandiyada itburnu və itlərin axırı çatıb

Finlandiyada itburnu və itlərin axırı çatıb

Xarici KİV-də yayılan məlumata görə, Finlandiya Kənd Təsərrüfatı və Meşə Nazirliyi iyun ayının 1-dən itburnunu zərərli və invaziv bitki növlərinin siyahısına salmaqla, onun idxalını və satışını qadağan edib.

Bildirilir ki, itburnu  ölkədə 1990-cı illərdə peyda olub və geniş yayılıb. Hakimiyyət önümüzdəki üç il ərzində yol kənarlarında, bağçalarda, parklarda, çimərliklərdə itburnuların məhv edilməsinə dair çağırış edib. Yabanı itburnunun idxalı və satışının qadağası yalnız üçillik keçid dövründən sonra, 1 iyunda qüvvəyə minib.

Bu vəziyyətdə, itburnu plantasiyalarının ləğv edilməsi üçün  xüsusi texnikadan istifadə edilməli, ayrıca kollar isə əllə məhv edilməlidir. Maraqlıdır ki, qadağanın səbəbi izah olunmur.

Finlandiyada eyni fərmanla, canavarların və qurdkimilər növündən olan itlərin saxlanması, reklamı və satışı da qadağan edilib. Eyni zamanda, 1 iyun tarixinə qədər ev heyvanları kimi saxlanan qurdkimilər növündən olan itlərin həyatının sonuna qədər evdə saxlanılmasına icazə verilir. Hazırda Finlandiyada təxminən minə yaxın qurdkimilər növündən olan it var.

R.TAHİR,

“Xalq qəzeti”

4 2019 13:52 -
26 Sentyabr 2019 | 23:08
Yeni model istehsal edilib
20 Sentyabr 2019 | 12:01
Atəşkəs rejimi 21 dəfə pozulub

Köhnə versiyamızdan xəbərləri izlə