Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Hababam sinfi” silsiləsinə daha bir əlavə

Məşhur “Hababam sinfi” kinolar silsiləsinə daha biri əlavə ediləcək. Bildirilir ki, yeni çəkiləcək film 2019-cu ildə kinoteatrlarda nümayiş olunacaq. Yeni ekran işinin rejissoru Doğa Can Anafartan, ssenari müəllifləri isə Evren Ərdoğan və Ayşe Balıbeydir.
Qeyd edək ki, ilk dəfə 1975-ci ildə çəkilən “Hababam sinfi” rejissor Ertem Eyilmez tərəfindən yazıçı Rıfat İlqazın romanı əsasında çəkilib. Bundan sonra 1981-ci ilə qədər eyni başlıqda 5 film lentə alınıb.
Xəbəri “Anadolu” agentliyi verib.

Hazırladı: 
Elçin ABBASOV,
“Xalq qəzeti”

 

5 2018 21:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə