Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 247     Bakı şəhəri, 27 may 2019-cu il

“İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanları və coğrafi göstəricilərin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlərin siyahısı və həmin xidmətlərə görə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləğləri”nin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1005-VQD nömrəli Qanununun tətbiqi haqqında”  2018-ci il 5 aprel tarixli 1913 nömrəli Fərmanının 1.4-cü bəndinin, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1006-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 aprel tarixli 1914 nömrəli Fərmanının 1.4-cü bəndinin, “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1510-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2019-cu il  5 aprel tarixli 609 nömrəli Fərmanının 1.3-cü bəndinin və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1509-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2019-cu il 5 aprel tarixli 608 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanları və coğrafi göstəricilərin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlərin siyahısı və həmin xidmətlərə görə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləğləri” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası bu Qərardan irəli gələn digər məsələləri həll etsin.
3. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

 

Azərbaycan Respublikası Nazirlər

  Kabinetinin 2019-cu il 27 may tarixli 247 nömrəli Qərarı ilə təsdiq  edilmişdir.

 

İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanları və coğrafi  göstəricilərin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlərin siyahısı və həmin xidmətlərə görə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləğləri

Sıra

№-si

Xidmətin adı

Ödənilən haqqın məbləği

(manatla)

1

2

3

1. İxtira, faydalı model və sənaye nümunəsinin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlər

1.1.

İxtira, faydalı model və sənaye nümunəsi obyektindən istifadə hüququnun verilməsi barədə müqavilənin qeydiyyata alınması üçün

 

1.1.1.

bir iddia sənədi üçün

10 manat

1.1.2.

bir neçə iddia sənədi üçün (hər əlavə iddia sənədi üçün)

10 manat

1.2.

Patent hüququnun girov qoyulması barədə müqavilənin (bir ədəd ixtira patenti, bir ədəd faydalı model patenti və bir ədəd sənaye nümunəsi patenti üzrə, ayrılıqda hər biri üçün) qeydiyyata alınması üçün

50 manat

1.3.

Lisenziya müqavilələrinin qeydiyyata alınması üçün

 

1.3.1.

ixtira, faydalı model və sənaye nümunəsinin hər birinin ayrılıqda bir ədəd patenti üçün

25 manat

 

 

 

1

2

3

1.3.2.

ixtira, faydalı model və sənaye nümunəsinin hər birinin ayrılıqda bir neçə patenti üçün (birdən artıq nəzərdə tutulan hər patent üçün)

20 manat

1.4.

İddia sənədi və ya patenti üzrə hüquqların verilməsinə dair qeydiyyata alınmış müqavilələrdə və ya obyektin istifadəsi ilə bağlı qeydiyyata alınmış lisenziya müqavilələrində dəyişikliklər edilməsi üçün

10 manat

1.5.

İlkin istifadəçinin hüquqlarının tanınması məqsədilə onun iddiasına baxılması üçün

25 manat

1.6.

İxtira patentinin qüvvədə saxlanılması üçün

 

1.6.1.

 

3-cü ildən 10-cu ilə kimi

 

fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 10 manat, hər artan il üçün 6 manat artırılmaqla, digər şəxslər üçün 50 manat, hər artan il üçün 30 manat artırılmaqla

1.6.2.

11-ci ildən 20-ci ilə kimi  

fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 60 manat, hər artan il üçün 8 manat artırılmaqla, digər şəxslər üçün 300 manat, hər artan il üçün 40 manat artırılmaqla

1.6.3.

21-ci ildən 25-ci ilə kimi  

fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiy-yələr üçün 142 manat, hər artan il üçün 10 manat artırılmaqla, digər şəxslər üçün 710 manat, hər artan il üçün 50 manat artırılmaqla

 

 

 

1

2

3

1.7.

Faydalı model patentinin qüvvədə saxlanılması üçün

3 ildən 10 ilə kimi – fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 10 manat, hər artan il üçün 6 manat artırılmaqla, digər şəxslər üçün 50 manat, hər artan il üçün 30 manat artırılmaqla

1.8.

Sənaye nümunəsi patentinin qüvvədə saxlanılması üçün

 

1.8.1.

3-cü ildən 10-cu ilə kimi

fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 10 manat, hər artan il üçün 6 manat artırılmaqla, digər şəxslər üçün 50 manat, hər artan il üçün 30 manat artırılmaqla

1.8.2.

11-ci ildən 15-ci ilə kimi  

fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 60 manat, hər artan şəxslər üçün 300 manat, hər artan il üçün 40 manat artırılmaqla

1.9.

Patentin qüvvədəolma ilində illik haqqın ödənilməsi ilə bağlı ötürülən müddətin verilməsinə görə hər ay üçün

 fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 3 manat, digər şəxslər üçün 15 manat

 

 

 

1

2

3

1.10.

İddia sənədinin ekspertizası üçün (ilkin ekspertiza da daxil olmaqla)

 

1.10.1.

bir ixtira, bir faydalı model və bir sənaye nümunəsi üçün

20 manat

1.10.2.

əlavə olaraq, çoxbəndli düsturun 1-dən artıq hər asılı olmayan bəndi üçün

 7 manat

1.10.3.

əlavə olaraq, çoxbəndli düsturun 10-dan artıq hər asılı olan bəndi üçün

 7 manat

1.10.4.

sənaye nümunəsinin 20-dən artıq hər əlavə sənaye nümunəsi üçün

5 manat

1.10.5.

iddia sənədinin mətninin 30-dan artıq hər səhifəsi üçün

1 manat

1.11.

Ekspertizanın sorğusuna cavabın verilməsi müddətinin iddiaçının vəsatəti əsasında 1 (bir) ay müddətinə uzadılması üçün

10 manat

1.12.

İddiaçının vəsatəti əsasında iddia sənədinin mahiyyətcə ekspertizası üçün

 

1.12.1.

ixtira

90 manat

1.12.2.

faydalı model və sənaye nümunəsi

60 manat

1.12.3.

əlavə olaraq, çoxbəndli düsturun 1-dən artıq hər asılı olmayan bəndi üçün

25 manat

1.12.4.

əlavə olaraq, çoxbəndli düsturun 10-dan artıq hər asılı olan bəndi üçün

10 manat

1.12.5.

sənaye nümunəsinin 20-dən artıq hər əlavə sənaye nümunəsi üçün

10 manat

1.13.

İddia sənədinin verildiyi tarixdən 1 (bir) ay müddət keçdikdən sonra iddiaçının vəsatəti əsasında iddia sənədinin materiallarına düzəliş və əlavələrin edilməsi üçün

6 manat

1.14.

İddiaçının vəsatəti əsasında ixtira barədə iddia sənədinin faydalı model barədə iddia sənədinə (və ya əksinə) çevrilməsi üçün

7 manat

1.15.

İddia sənədi üzrə ilkinliyin tələb edilməsi üçün

20 manat

1.16.

İddia sənədi üzrə ilkinliyin tələb edilməsi müddətinin iddiaçının vəsatəti əsasında 2 (iki) ay müddətinə uzadılması üçün

30 manat

1.17.

İddia sənədinə dair məlumatın dərc edilməsi üçün

6 manat

 

 

 

    1

2

3

1.18.

İddiaçının vəsatəti əsasında iddia sənədinə dair məlumatın müəyyən edilmiş müddətdən tez dərc edilməsi üçün

30 manat

1.19.

Dərc edildikdən sonra iddia sənədinin materialları ilə maraqlı şəxslərin tanış olması üçün

10 manat

1.20.

İddiaçının vəsatəti əsasında iddia sənədi barədə məlumat axtarışının aparılması və hesabatın hazırlanması üçün

 

1.20.1.

ixtira

70 manat

1.20.2.

faydalı model və sənaye nümunəsi

60 manat

1.21.

İddia sənədinin beynəlxalq sistem vasitəsilə qeydiyyatı üçün qəbulu, hazırlanması və göndərilməsi

30 manat

1.22.

İddiaçının xahişi ilə bir ədəd milli iddia sənədinin və ya onun barəsində məlumatların (Patent Kooperasiyası haqqında müqavilənin təlimatının 17.1(v) qaydası, ilkin sənəd) təsdiqlənmiş surətinin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosuna göndərilməsi üçün

10 manat

2. Əmtəə nişanları və coğrafi göstəricilərin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlər

2.1.

Əmtəə nişanları və coğrafi göstəricilərin qeydə alınması ilə bağlı dövlət rüsumunun ödənilməsi müddətinə əlavə olaraq 4 (dörd) ay müddətində möhlət verilməsi üçün

30 manat

2.2.

Göstəricinin reyestr məlumatlarından çıxarışın verilməsi üçün

10 manat

2.3.

Qeydiyyata alınmış əmtəə nişanına dair müstəsna hüquqların müqavilə əsasında başqa şəxsə girov kimi verilməsi ilə bağlı girov müqaviləsinin qeydiyyatı üçün

60 manat

2.4.

Lisenziya müqavilələrinin qeydə alınması üçün

 

2.4.1.

bir ədəd əmtəə nişanı üçün

80 manat

2.4.2.

bir neçə əmtəə nişanı üçün (birdən artıq hər əmtəə nişanı üçün 

50 manat

 

 

 

1

2

3

2.5.

Əmtəə nişanına dair hüquqların verilməsi barədə və qeydə alınmış lisenziya müqavilələrində dəyişikliklərin aparılması üçün

11 manat

2.6.

Qeydiyyatın qüvvədəolma müddəti qurtardıqdan sonra onun müddətinin uzadılması üçün

 

2.6.1.

əmtəə nişanı üçün

95 manat

2.6.2.

coğrafi göstərici üçün

45 manat

2.6.3.

kollektiv nişan üçün

145 manat

2.7.

Qeydiyyatın qüvvədəolma müddəti keçdikdən sonra müddətin uzadılması üçün verilən 6 (altı) ay müddətinə görə, hər ay üçün:

 

2.7.1.

əmtəə nişanı üçün

5 manat

2.7.2.

coğrafi göstərici üçün

5 manat

2.7.3.

kollektiv nişan üçün

5 manat

2.8.

İddia sənədinə aid olan materialların təqdim edilməsi müddətinin iddiaçının vəsatəti əsasında 2 (iki) ay müddətinə uzadılması üçün

30 manat

2.9.

İddia sənədinin ilkin ekspertizası üçün

                 40 manat

2.10.

İddia sənədinin ekspertizası üçün

                 135 manat

2.11.

Əmtəə nişanına dair ilkinliyin istənilməsi üçün

15 manat 

2.12.

İddia sənədinin ekspertizası üçün tələb olunan əlavə sənədin verilməsi müddətinin iddiaçının vəsatəti əsasında 2 (iki) ay müddətinə uzadılması

                  25 manat

2.13.

İddia sənədinin ekspertizasına başlanıldığı tarixdən 1 (bir) ay müddət keçdikdən sonra iddiaçının vəsatəti əsasında iddia sənədinin materiallarına düzəliş və əlavələrin edilməsi üçün

30 manat

2.14.

İddia sənədinin beynəlxalq sistem vasitəsilə qeydiyyatı üçün qəbulu, hazırlanması və göndərilməsi üçün

40 manat

1

2

3

3. Patent müvəkkillərinin attestasiyası ilə bağlı göstərilən xidmətlər

3.1.

Patent müvəkkillərinə namizədin patent müvəkkili kimi attestasiya olunması üçün

                  20 manat

3.2.

Patent müvəkkillərinin qeydiyyata alınması üçün

5 manat

3.3.

Qeydiyyata alınmış patent müvəkkili barədə məlumatların dərc edilməsi üçün

5 manat

 

 

Qeydlər:

1. Əmtəə və ya xidmətin birdən artıq hər sinfi üçün iddia sənədinin ekspertizası üzrə haqq bu cədvəlin 2.10-cu bəndində göstərilən haqqa 40 manat əlavə edilməklə müəyyənləşdirilir.

2. İddiaçının vəsatəti əsasında iddia sənədinin ekspertizasının 1 (bir) ay müddətində aparılması üçün haqq bu cədvəlin 2.10-cu bəndində göstərilən haqqa 120 manat əlavə edilməklə müəyyənləşdirilir.

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə