Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sankt-Peterburq turniri finişdə

Sankt-Peterburq turniri finişdə

Rusiyanın Sankt-Peterburq şəhərində on şahmatçının iştirakı  ilə  keçirilən beynəlxalq turnir artıq finişin astanasındadır. Sakkizinci turda  Azərbaycan  təmsilçisi Ülvi Bacarani İlya Duşakovla (Rusiya) görüşdə  heç-heçəyə razılaşmışdır.

Finişə bir tur qalmış turnir cədvəlinə 5,5 xala  malik özbəkistanlı Şəmsəddin Vahidov başçılıq edir. Bacarani liderdən  yarım xal geri qalır. Üçüncü yeri tutan Əmirrza Parramezanalinin (İran) 4,5  xalı  var.

Bu gün keçiriləcək sonuncu, doqquzuncu turda Azərbaycan şahmatçısı rusiyalı Qriqori Palçan ilə görüşəcək.

 

“Xalq qəzeti”

5 2018 15:56 - İDMAN
İDMAN
20 Sentyabr 2019 | 11:23
UEFA-nın yeni reytinqi
18 Sentyabr 2019 | 10:08
Yay transferlərində yeni rekord
16 Sentyabr 2019 | 23:05
La Liqa tarixində ilk

Köhnə versiyamızdan xəbərləri izlə