Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Litva Respublikasının yeni seçilmiş Prezidenti zati-aliləri cənab Gitanas Nausedaya

Hörmətli cənab Nauseda!
Litva Respublikasının Prezidenti vəzifəsinə seçkilərdə qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. 
Azərbaycan ilə Litva arasındakı münasibətlər dinamik və ardıcıl inkişaf yolundadır. Ümidvaram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylər göstərəcəyik. 
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 may 2019-cu il

31 2019 01:46 - MƏKTUBLAR
MƏKTUBLAR
17 Sentyabr 2020 | 00:06
Azərbaycanın yəhudi icmasına

Köhnə versiyamızdan xəbərləri izlə