Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağstafa Rayon İcra Hakimiyyəti 2019-cu ildə rayonda yolların təmiri işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.
Lot-1. Ağstafa rayonunun yollarının təmiri işlərinin satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər 100 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Ağstafa Rayon İcra Hakimiyyətindən, Ağstafa şəhəri, Hüseyn Arif küçəsi 3, əlaqələndirici şəxs- Sənan Mustafayevdən (telefon 5-12-05) ala bilərlər.
Təşkilat- Ağstafa Rayon İcra Hakimiyyəti
Ağstafa Rayon YXO
Hh- 32051019445200201152
VÖEN-3600068011
Bank-“Kapital Bank”ın Ağstafa filialı
Kod- 200521
VÖEN- 9900003611
Mh -0137010001944
S.W.İ.F.T.BİK AIIBAZ 2X
İştirak haqqı heç bir halda geri ­qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün 8 iyul 2019-cu il saat 18.00-a kimi aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməidir).
İddiaçılar tender təkliflərini və bank zəmanətlərini 16 iyul 2019-cu il saat 17.00-dək tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklif zərfləri Ağstafa rayonu, Hüseyn Arif küçəsi 3 nömrəli ünvanda Ağstafa Rayon İcra Hakimiyyətində 17 iyul 2019-cu il saat 10.00-da açılacaqdır.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
 İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

31 2019 00:34 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
8 Avqust 2020 | 00:01
B İ L D İ R İ Ş
8 Avqust 2020 | 00:00
B İ L D İ R İ Ş
8 Avqust 2020 | 00:00
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə