Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şamaxıda vulkan püskürüb

Şamaxıda vulkan püskürüb

Məlikçobanlı palçıq vulkanında monitorinqlər və ölçmə işləri  başa çatıb. Bunu jurnalistlərə açıqlamasında Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərov bildirib.

27 may 2019-cu il tarixində Şamaxı şəhərinin 12 km cənub qərbində püskürən Məlikçobanlı palçıq vulkanında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən monitorinq və müvafiq ölçmə işləri  aparılıb.

Monitorinqlərin nəticələrinə görə, vulkandan çıxan püskürmə məhsulları (brekçiya) 0,5 hektara qədər əraziyə yayılıb. Vulkanın krateri püskürmə məhsulları ilə örtülüb, 150 metr uzunluğunda radial çatlar əmələ gəlib. Püskürmə məhsullarının qalınlığı vulkanın mərkəzində 1 metrə yaxın, kənarlarda isə 0,2 metr təşkil edib. Hazırda vulkan aktivliyini tam dayandırıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, sözügedən vulkan 1810-cu ildə qeydə alınıb və bu günədək 4 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 1977-ci ildə baş verib.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

29 2019 16:17 - EKOLOGİYA
EKOLOGİYA

Köhnə versiyamızdan xəbərləri izlə