Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 242 Bakı şəhəri, 27 may 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 13 may tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”də dəyişikliklər edilməsi barədə
“Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1268-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 noyabr tarixli 672 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 13 may tarixli 186 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 667; 2016, № 5, maddə 955) ilə təsdiq edilmiş “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin 1.3.1-ci yarımbəndinə və 2.1-ci bəndinə “kiçik” sözündən əvvəl “mikro,” sözü əlavə edilsin.
 
 
Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş Naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə