Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Qızıl Palma"nın qalibi bəlli oldu

72-ci Kann festivalının "Qızıl Palma" ali mükafatı Cənubi Koreyadan olan Bong Joon-Hoyanın "Parazit" filminə verilib.

Gənc rejissor Mati Diopun "Atlantika" filmi festivalın gümüş mükafatına layiq görülüb. Fransız Ladj Lynin "Səfillər" filmi münsiflər heyətinin mükafatını qazanıb.

Ən yaxşı qadın roluna görə mükafat Emily Beechama, kişi roluna görə isə Antonio Banderasa verilib. "Gənc Əhməd" filmi ən yaxşı tərtibata görə mükafat alıb. "Qızıl kamera" mükafatı Cezar Diazın "Analarımız" filminə verilib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

27 2019 12:30 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə