Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Musa Quliyev: Azərbaycanda 2020-ci ildə tam icbari sığortaya keçmək üçün hər cür şərait yaradılıb

Musa Quliyev: Azərbaycanda 2020-ci ildə tam icbari sığortaya keçmək üçün hər cür şərait yaradılıb

Azərbaycanda bütün sahələrdə olduğu kimi icbari tibbi sığorta da dünya standartlarına uyğun qurulacaq. Məqsəd səhiyyə sisteminin maliyyələşməsini dayanıqlı iqtisadi əsaslarla qurmaq, əhalinin sağlamlığını qorumaqdan ibarətdir. Bu, həm də səhiyyə sahəsinə ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsinə və əhalinin tibbi xidmətdən istifadə imkanlarının artırılmasına şərait yaradır.

Deputat Musa Quliyev "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində bildirib ki, icbari tibbi sığorta Prezident İlham Əliyevin həyata keçirdiyi ən uğurlu sosial layihələrdən biridir: “Artıq 3 ildir ki icbari tibbi sığorta pilot layihə kimi icra edilir. Mingəçevir, Yevlax və Ağdaşda həyata keçirilən pilot layihə sübut edir ki, Azərbaycanda 2020-ci ildə bütün ölkə ərazisini əhatə edəcək tam icbari sığortaya keçmək üçün hər cür şərait yaradılıb".

Deputat qeyd edib ki, pilot layihənin icrası ilə bağlı rayonlarda demək olar ki, heç bir şikayət yoxdur. İstər tibb personalı, istərsə də əhali tərəfindən məmnunluq indeksi 100 faizə yaxındır".

 

27 2019 11:11 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə