Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AXCP sədrinin “Avroliqa narahatlığının” səbəbi məlum oldu

Sən demə, onun oğlu bu finala Londonda baxmaq istəyirmiş...

AXCP sədrinin “Avroliqa narahatlığının” səbəbi məlum oldu

Mən iyirmi ilə yaxındır ki, Londonun “Arsenal” futbol komandasının azarkeşiyəm. Həmişə də bu komandanın canlı oyununa baxmaq arzum olub. Çox təəssüf ki, indiyədək baxa bilməmişəm. Ancaq Azərbaycan dövlətinin Avropada və dünyadakı nüfuzunun artmasına, həm də paytaxtımızda Avropa standartlarına cavab verən möhtəşəm stadionun tikilməsinə görə UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi barədə qərar qəbul edib. Bu qərara bəlkə də mənim qədər sevinən olmayıb. 
Son zamanlar dəfələrlə eşitmişəm ki, Avropada bəzi bədniyyətli şəxslər bu oyunun Bakıda keçirilməsinə etiraz edir, müxtəlif iddialar irəli sürürlər. Təbii ki, həm ingilis dilini yaxşı bilmədiyimə, həm də siyasətçi olmadığıma görə avropalılara cavab verə bilmirdim. Amma öz ölkəmizdən, öz xalqımızdan olan Əli Kərimlinin də həmin bədniyyətli insanlara qoşulduğunu eşidəndə heç olmazsa, ona cavab vermək qərarına gəldim. Belə cavabı vermək üçün isə öyrənmək lazım idi ki, Əli Kərimli Avroliqa oyunları finalının Bakıda keçirilməsindən nə üçün narahatdır?
Öyrəndim. Məlum oldu ki, AXCP sədrinin Londonda yaşayan oğlu “Çelsi”nin finala çıxmasından nə qədər məmnun olsa da, finalın Bakıda keçirilməsindən də bir o qədər narahatdır. Təbii ki, Əli Kərimlinin oğlunun futbol yarışına baxmaq üçün Londondan Bakıya gəlib-getməsi onlar üçün qətiyyən problem yarada bilməz. Problem ondadır ki, bu adam Bakıya gəlmək istəmir. Səbəbini isə özləri bilirlər. Bəlkə də əsgərliyə getməmək üçün ölkədən qaçıb və ya başqa səbəb ola bilər. Hər halda, gəlmək istəmir və ona görə də ata-bala ikisi də düşüblər UEFA rəsmilərinin üstünə ki, nə üçün finalın Bakıda keçirilməsi barədə qərar qəbul etmisiniz?
Əgər onların davası UEFA məsulları ilədirsə, gedib Avropada iddia qaldırsınlar. Bəs nə üçün ata Kərimli UEFA-ya etiraz fonunda Azərbaycanı, Bakını da gözdən salmağa çalışır?
Yeri gəlmişkən, dünən xəbər gəldi ki, UEFA-nın prezidenti Aleksandr Ceferin Almaniyanın “Der Spiegel” jurnalına müsahibəsində Avroliqanın final oyununun Bakıda keçirilməsi qərarını müdafiə edib. Ceferin final oyunu fonunda Azərbaycanda insan haqlarının vəziyyəti haqqında deyilənlərə münasibət bildirərkən qeyd edib ki, bu, digər Avropa ölkələrinə də aiddir: “Terror hücumlarının hədəfində olan Fransada Avropa çempionatını təşkil etməyi bacardıq. Futbol bu cür gərginliklərə görə dayandırılsa, gələcəkdə heç nə təşkil edə bilməyəcəyik”.
Mən Əli Kərimliyə, onun yanındakılara üz tutub deyirəm ki, yüz minlərlə, milyonlarla insanın uzun müddət gözlədiyi möhtəşəm final yarışı ilə işiniz olmasın. Dövlətimiz şərait yaradıb, Allah qismət edib, şəhərimizdə belə möhtəşəm oyun keçirilir. İmkan verin, futbolumuza baxaq da. Əgər həqiqətən siyasətlə məşğul olmaq istəyirsinizsə, gedin məşğul olun. Daha stadiona, futbola, idmana burnunuzu soxmayın.

 

Sahib ƏZƏMMƏDOV, 
“Arsenal”ın azarkeşi

27 2019 10:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə