Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNIN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNIN QƏRARI
№ 239 Bakı şəhəri, 23 may 2019-cu il 
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və ehtiyat hissələrinin komisyon satışı qaydaları haqqında” 1995-ci il 14 mart tarixli 58 nömrəli, “Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus traktor, özüyeriyən maşın və mexanizmlərin texniki vəziyyəti və istismarı üzərində dövlət nəzarəti haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 16 sentyabr tarixli 121 nömrəli, “Karantin obyektlərinin yayılmasının qarşısını almaq üçün profilaktiki və ləğvedici tədbirlərin aparılması nəticəsində məhv edilən toxumlara və toxumluq əkinlərə çəkilən xərclərin dövlət tərəfindən kompensasiya edilməsinin qaydası haqqında” 1997-ci il 10 iyul tarixli 75 nömrəli, “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2006-cı il 7 mart tarixli 65 nömrəli, “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”nın və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2007-ci il 15 fevral tarixli 32 nömrəli, “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli, “Azərbaycan Respublikasında damazlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2008-ci il 19 avqust tarixli 190 nömrəli, “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi ilə əlaqədar bəzi məsələlər barədə” 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli və “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında
“Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 467 nömrəli Fərmanının 7.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 14 mart tarixli 58 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları”nın 2.2-ci bəndində “Baş Dövlət Texniki Nəzarət Xidməti” sözləri “Aqrar Xidmətlər Agentliyi” sözləri ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus traktor, özüyeriyən maşın və mexanizmlərin texniki vəziyyəti və istismarı üzərində dövlət nəzarəti haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 16 sentyabr tarixli 121 nömrəli Qərarının 1-ci hissəsində “Baş Dövlət Texniki Nəzarət Xidməti” sözləri “Aqrar Xidmətlər Agentliyi” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 iyul tarixli 75 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 1, maddə 73; 2005, № 6, maddə 558, № 12, maddə 1238; 2006, № 5, maddə 472) ilə təsdiq edilmiş “Karantin obyektlərinin yayılmasının qarşısını almaq üçün profilaktik və ləğvedici tədbirlərin aparılması nəticəsində məhv edilən toxumlara və toxumluq əkinlərinə çəkilən xərclərin dövlət tərəfindən kompensasiya edilməsinin Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 4-cü hissənin “b” bəndində və Qaydaya Əlavənin mətnində ismin müvafiq hallarında “yerli Dövlət Fitosanitar Nəzarəti Xidməti” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi” sözləri ilə əvəz edilsin;
3.2. 5-ci hissədə “Dövlət Fitosanitar Nəzarəti Xidməti” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi” sözləri ilə əvəz edilsin;
3.3. 6-cı hissənin birinci abzasında “Dövlət Fitosanitar Nəzarəti Xidmətinin” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin” sözləri ilə və həmin hissənin ikinci abzasında isə “yerli Dövlət Fitosanitar Nəzarəti Xidmətinin” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 293; 2009, № 1, maddə 34; 2014, № 7, maddə 934; 2015, № 1, maddə 64, № 2, maddə 227; 2018, № 9, maddə 1937, № 12 (II kitab), maddə 2721) ilə təsdiq edilmiş “Baytarlıq preparatlarının ehtiyatının yaradılması, saxlanması və istifadəsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. II hissənin birinci abzasının ikinci cümləsində “Dövlət Baytarlıq Xidməti” sözləri “Aqrar Xidmətlər Agentliyi” sözləri ilə əvəz edilsin;
4.2. III hissənin birinci abzasında “Dövlət Baytarlıq Xidmətinin” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 192, № 11, maddə 1184; 2008, № 6, maddə 587; 2010, № 12, maddə 1124; 2012, № 8, maddə 811; 2013, № 7, maddə 882, № 12, maddə 1633; 2014, № 2, maddə 201, № 6, maddə 736, № 8, maddə 1004; 2015, № 1, maddə 60, № 5, maddə 675, № 6, maddə 795, № 8, maddə 968, № 10, maddə 1237, № 12, maddə 1577; 2016, № 5, maddə 955, № 6, maddə 1190, № 12, maddə 2238; 2017, № 3, maddə 507, № 8, maddə 1602, № 12 (II kitab), maddə 2495; 2018, № 4, maddə 821, № 10, maddə 2161) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə satılması Qaydaları”nın 1.6-cı bəndində, 2.7-ci bəndinin birinci cümləsində və 2.8-ci bəndində ismin müvafiq hallarında “Dövlət Fitosanitar Nəzarəti Xidməti” sözləri ismin müvafiq hallarında “Aqrar Xidmətlər Agentliyi” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 861, № 9, maddə 923, № 10, maddə 1021, № 12, maddə 1331; 2009, № 1, maddələr 22, 32, № 2, maddə 150, № 4, maddələr 282, 293, № 8, maddələr 674, 675, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 2, maddələr 146, 161, № 11, maddə 1040; 2011, № 1, maddə 54, № 5, maddə 447, № 9, maddə 855; 2012, № 5, maddə 475, № 8, maddə 817, № 10, maddə 1028, № 11, maddə 1204, № 12, maddələr 1363, 1388; 2013, № 1, maddə 73, № 8, maddələr 1015, 1038, № 10, maddə 1219; 2014, № 1, maddə 69, № 3, maddə 312, № 6, maddə 736, № 7, maddə 918, № 10, maddə 1308; 2015, № 2, maddə 227, № 5, maddə 612, № 6, maddə 799, № 11, maddə 1413; 2016, № 2 (II kitab), maddə 381, № 4, maddələr 781, 831, № 5, maddə 955, № 7, maddə 1342, № 8, maddələr 1439, 1450, № 9, maddələr 1583, 1585, 1588, № 11, maddə 1976, № 12, maddə 2241; 2017, № 2, maddələr 283, 295, 310, № 5, maddə 972, № 8, maddə 1610, № 10, maddə 1920; 2018, № 2, maddə 335, № 3, maddələr 577, 626, № 7 (II kitab), maddə 1654, № 10, maddələr 2142, 2161; 2019, № 1, maddə 159; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 28 mart tarixli 130, 132 nömrəli və 3 aprel tarixli 146 nömrəli qərarları) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın II bölməsində aşağıdakı dəyişikliklər edilsin:
6.1. 8.1-ci bənddə “Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri “Aqrar Xidmətlər Agentliyi” sözləri ilə əvəz edilsin;
6.2. 8.2-ci, 8.3-1-ci, 8.3-2-ci, 8.3-3-cü bəndlər ləğv edilsin.
7. “Azərbaycan Respublikasında damazlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 avqust tarixli 190 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 8, maddə 785; 2015, № 2, maddə 227; 2017, № 9, maddə 1737) aşağıdakı dəyişikliklər edilsin:
7.1. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasında yeni yaradılan heyvan cinslərinin seleksiya nailiyyəti kimi qeydə alınması və patentləşdirilməsi, həmin heyvanların sınağının aparılması Qaydaları, seleksiya nailiyyətinə olan tələblər və şərtlər” üzrə:
7.1.1. 2.5-ci bənddə “Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətində (bundan sonra - Dövlət Xidməti)” sözləri “Aqrar Xidmətlər Agentliyində (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;
7.1.2. 3.2-ci, 4.3-cü, 4.11-ci, 4.13-cü, 5.1-ci, 5.3-cü bəndlərdə, 5.8.2-ci, 5.9.2-ci, 5.10.2-ci və 5.11.2-ci yarımbəndlərdə ismin müvafiq hallarında “Dövlət Xidməti” sözləri ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;
7.2. həmin Qərarla təsdiq edilmiş “Damazlıq ehtiyatlarının sınağı və ekspertizası Qaydaları”nın 3.3-cü bəndinin birinci cümləsində və 3.5-ci bəndində “Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti” sözləri “Aqrar Xidmətlər Agentliyi” sözləri ilə əvəz edilsin.
8. “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi ilə əlaqədar bəzi məsələlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 872; 2013, № 7, maddə 881; 2015, № 2, maddə 227; 2016, № 1, maddə 168; 2017, № 7, maddə 1476; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 mart tarixli 113 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:
8.1. həmin Qərarla təsdiq edilmiş “Buğda toxumunun istehsalı ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatlarına dövlət vəsaiti hesabına idxal olunan rayonlaşdırılmış yüksək reproduksiyalı buğda toxumunun güzəştli şərtlərlə satılması Qaydaları”nın 2.1-ci bəndinin altıncı abzasında “Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin” sözləri “Aqrar Xidmətlər Agentliyinin” sözləri ilə əvəz edilsin;
8.2. həmin Qərarla təsdiq edilmiş “Dövlət vəsaiti hesabına idxal olunan mineral gübrələrin güzəştli şərtlərlə buğda istehsalçılarına satılması Qaydaları”nın 2.1-ci bəndinin yeddinci abzasında “Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin” sözləri “Aqrar Xidmətlər Agentliyinin” sözləri ilə əvəz edilsin.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1115; 2009, № 2, maddə 153, № 4, maddə 282, № 7, maddə 605, № 8, maddələr 674, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 1, maddə 60, № 2, maddələr 146, 161, № 10, maddələr 906, 912, № 11, maddə 1040; 2011, № 1, maddə 66, № 5, maddə 446, № 9, maddələr 856, 862; 2012, № 5, maddə 479, № 8, maddə 818, № 10, maddə 1027, № 11, maddə 1205; 2013, № 1, maddə 74, № 8, maddələr 1014, 1037; 2014, № 1, maddə 69, № 3, maddə 313, № 6, maddə 736, № 7, maddə 919, № 10, maddə 1308; 2015, № 2, maddə 227, № 5, maddə 611, № 6, maddə 800, № 11, maddə 1414; 2016, № 1, maddə 171, № 2 (II kitab), maddə 382, № 3, maddə 608, № 4, maddələr 782, 831, № 5, maddə 955, № 7, maddə 1343, № 8, maddələr 1440, 1450, № 9, maddələr 1584, 1585, 1587, № 11, maddə 1976, № 12, maddə 2241; 2017, № 2, maddələr 282, 296, 311, № 5, maddə 972, № 8, maddə 1611, № 10, maddələr 1921, 1922, № 11, maddə 2186; 2018, № 2, maddə 336, № 3, maddələr 578, 625, 631, № 7 (II kitab), maddə 1655, № 10, maddələr 2142, 2161; 2019, № 1, maddə 160; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 mart tarixli 95 nömrəli, 28 mart tarixli 130, 132 nömrəli və 3 aprel tarixli 146 nömrəli qərarları) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda aşağıdakı dəyişikliklər edilsin:
9.1. birinci halda “Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Aparatı” sözləri “Aqrar Xidmətlər Agentliyinin Aparatı” sözləri ilə əvəz edilsin;
9.2. “Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Aparatı”, “Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin Aparatı”, “Baş Dövlət Texniki Nəzarət Xidmətinin Aparatı” və “Baş Dövlət Texniki Nəzarət Xidmətinin tabeliyində olan regional bölmələri” sözləri çıxarılsın.
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə