Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNIN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNIN QƏRARI
№ 238 Bakı şəhəri, 23 may 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında arıçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2009-cu il 5 avqust tarixli 116 nömrəli, “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2011-ci il 9 mart tarixli 38 nömrəli, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki bəzi qurumların fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2015-ci il 17 aprel tarixli 110 nömrəli, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2015-ci il 5 oktyabr tarixli 317 nömrəli, “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2015-ci il 24 dekabr tarixli 401 nömrəli, “Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus traktor, özüyeriyən maşın və mexanizmlərin texniki vəziyyəti və istismarı üzərində dövlət nəzarəti haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 16 sentyabr tarixli 121 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” 2018-ci il 23 iyul tarixli 320 nömrəli və “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında
 “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 467 nömrəli Fərmanının 7.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Azərbaycan Respublikasında arıçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 avqust tarixli 116 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 669; 2010, № 6, maddə 566; 2015, № 2, maddə 227) aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin Qərarla təsdiq edilmiş “Arıxanalara baytarlıq-sanitariya pasportunun (şəhadətnaməsinin) verilmə Qaydası və Forması”nın 1.3-cü bəndində “Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri “Aqrar Xidmətlər Agentliyi” sözləri ilə əvəz edilsin;
1.2. həmin Qərarla təsdiq edilmiş “Rayonlaşdırılmamış arı cinslərinin Azərbaycan Respublikasının ərazisinə gətirilməsi Qaydası”nın 4-cü hissəsində “Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin” sözləri “Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 3, maddə 232, № 10, maddə 972; 2015, № 2, maddə 227; 2016, № 12, maddə 2226; 2018, № 12 (II kitab), maddə 2722) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 4.6-cı bənddə “Baytarlıq Xidməti” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi” sözləri ilə əvəz edilsin;
2.2. 5.1.3-cü yarımbənddə və 11.1-ci bənddə ismin müvafiq hallarında “Dövlət Baytarlıq Xidməti” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi” sözləri ilə əvəz edilsin.
3. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki bəzi qurumların fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 110 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 4, maddə 477) 12.1-ci bəndində “Dövlət Fitosanitar Nəzarəti Xidmətinin və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin laboratoriyalarının və” sözləri “Aqrar Xidmətlər Agentliyinin” sözləri ilə əvəz edilsin.
4. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 317 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1231; 2018, № 7 (II kitab), maddə 1656, № 8, maddə 1804; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 28 mart tarixli 130 nömrəli Qərarı) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. birinci abzasda “15 (on beş)” sözləri “13 (on üç)” sözləri ilə əvəz edilsin;
4.2. “Kollegiyanın üzvləri” bölməsi üzrə:
4.2.1. “Dövlət Fitosanitar Xidmətinin” sözləri “Aqrar Xidmətlər Agentliyinin” sözləri ilə və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi” sözləri “Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru” sözləri ilə əvəz edilsin;
4.2.2. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi” və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin rəisi” sözləri çıxarılsın.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 24 dekabr tarixli 401 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 165; 2018, № 4, maddə 829, № 10, maddə 2161, № 12 (II kitab), maddə 2722) ilə təsdiq edilmiş “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası”nın 5.1-ci bəndinin altıncı abzasında və 6.1-ci bəndinin səkkizinci abzasında “Dövlət Baytarlıq Nəzarəti Xidmətinin” sözləri “Aqrar Xidmətlər Agentliyinin” sözləri ilə əvəz edilsin.
6. “Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus traktor, özüyeriyən maşın və mexanizmlərin texniki vəziyyəti və istismarı üzərində dövlət nəzarəti haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 16 sentyabr tarixli 121 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 23 iyul tarixli 320 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (II kitab), maddə 1653) 2.1-ci bəndi ləğv edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 mart tarixli 94, 100 nömrəli, 18 mart tarixli 110 nömrəli, 28 mart tarixli 130, 133, 135 nömrəli və 11 aprel tarixli 159 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:
7.1. “Baş kredit sərəncamçıları” sütununda “Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri “Aqrar Xidmətlər Agentliyi” sözləri ilə əvəz edilsin;
7.2. “Baş kredit sərəncamçıları” sütunundan “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti” sözləri və “Kod” sütunundan “1258” rəqəmləri çıxarılsın;
7.3. “Baş kredit sərəncamçıları” sütunundan “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti” sözləri və “Kod” sütunundan “1291” rəqəmləri çıxarılsın.
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə