Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Tabeliyində olan İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Tabeliyində olan İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi AÇIQ TENDER ELAN EDİR

Tenderin predmeti Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “E-çıxarış”larının elektron imzalanması üçün avadanlıqların alınması, çatdırılması, quraşdırılması və istifadəyə verilməsidir.
Bu sahədə təcrübəsi olan və ixtisaslı işçi heyətinə malik nüfuzlu yerli hüquqi şəxslər tenderdə iştirak edə bilərlər.
Tender predmeti haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunda verilir. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən bank hesabına köçürdükdən sonra tenderin Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Heydər Əliyev prospekti 139A nömrəli (405-ci otaq, telefon- (+99412) 5654195 (daxili- 2021); e-mail: [email protected] Natiq Yaqubovdan ) ünvandan ala bilərlər.
İştirak haqqı 400 (dörd yüz) manatdır.
Təşkilat- Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan “İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi” MMC.
Ünvan- AZ1029. Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 139A.
VÖEN- 1302005391
İBAN- AZ20AIIB33010019443701802107
Bank rekvizitləri:
Adı- “Kapital Bank”ın Xətai filialı
VÖEN- 19900003611
M/h- AZ37NABZ0135010000000001944
Kod- 200071
SWIFT- BIK AIIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (tender təklifinin qüvvədə olma tarixindən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (iddiaçı bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının analoji işlər (layihələr) üzrə iş təcrübəsini təsdiq edən sənədlər;
- iddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;
- digər sənədlər - işlərin icrasını təmin edəcək işçilər haqqında məlumat (mövcud sertifikatlar əlavə edilməklə), habelə tenderin əsas şərtlər toplusunda göstərilən digər sənədlər.
İddiaçılar tender təklifi və tender təklifinin bank zəmanəti istisna olmaqla digər sənədləri əsli və surəti 2(iki) nüsxədə təqdim edirlər.
İddiaçılar tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır) və tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatını (tender təklifinin qüvvədə olma tarixindən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır) bağlı, möhürlənib imzalanmış zərflərdə 2 nüsxədə (əsli və surəti) təqdim etməlidirlər. İddiaçıların təkliflərinin əsli və surəti arasında fərqlər olduqda üstünlük üzərində əsli sözü yazılmış nüsxəyə veriləcəkdir.
İddiaçıların tenderə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. 
Tender predmeti üzrə işlər satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 45 (qırx beş) təqvim günü müddətində icra olunmalıdır.
Tender təkliflərinin qiymətləndirilməsi aюaрэdakэ meyarlarla aparэlacaqdэr:
a) iddiaçının maliyyə təklifi - 50 bala qədər
b) avadanlığın texniki parametrlərinə tələblər - 40 bala qədər
c) ixtisaslı mütəxəssislər və işin icrasına dair tələblər - 10 bala qədər
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) 3 iyul 2019-cu il saat 11.00-dək, tender təklifi və təklifin bank təminatını isə 12 iyul 2019-cu il saat 11.00-dək Bakı şəhəri, Heydər Əliyev prospekti 139A , 404 nömrəli otağa təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 15 iyul 2019-cu il saat 11.00-da Bakı şəhəri, Heydər Əliyev prospekti 139 A, 309 nömrəli otaqda açılacaqdır.
Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası 

26 2019 10:09 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 Avqust 2019 | 10:35
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə