Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Lənkəranda “Barama”nın yeni ofisi tələbələrin istifadəsinə verildi

Lənkəranda “Barama”nın yeni ofisi tələbələrin istifadəsinə verildi

Lənkəran Dövlət Universiteti nəzdində “Azercell”in “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin yeni ofisinin açılış mərasimi keçirilib. “Akhundoff Group” şirkəti tərəfindən ən müasir avadanlıqla təchiz olunan ofisdə gənclər üçün sahibkarlıq və informasiya texnologiyaları mövzularını əhatə edən təlimlərin keçirilməsi, müxtəlif layihələrin hazırlanmasına yardım edilməsi nəzərdə tutulub.

Tədbirdə çıxış edən “Azercell”in Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya Lənkəran Dövlət Universitetinin rəsmilərinə və “Akhundoff Group” şirkətinin rəhbərliyinə bu təşəbbüsü dəstəklədiklərinə görə təşəkkür edib. “Azercell” tərəfindən ölkədə sahibkarlıq mühitinin inkişafına töhfə vermək məqsədilə 2009-cu ildə yaradılan “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyətindən bəhs edən Nigar Şıxlinskaya, yeni açılan ofisin gənclərə bu sahədə zəngin təcrübə bəxş edəcəyini söyləyib. O, həmçinin regional “Barama” ofislərinin paytaxt və bölgə universitetlərində təhsil alan tələbələri startap sahəsində bərabər inkişaf imkanları ilə təmin edəcəyini vurğulayıb. “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov yeni mərkəzin məqsədinin kənd təsərrüfatı və texnologiyanı birləşdirmək, bu sahədə ixtisaslı kadrlar, proqramçılar yetişdirmək olduğunu bildirib.
“Azercell” hər zaman gənclərin peşəkar inkişafına və onların mütərəqqi ideyalarının həyata keçirilməsinə xüsusi diqqət ayırıb. Bu işdə şirkətin təşəbbüsü ilə yaradılan ilk biznes inkubatoru – “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin müstəsna rolu olub. “Azercell” və “Paşa Bank”ın dəstəyi ilə mərkəz fəaliyyəti boyunca bir çox layihələrin müstəqil şirkətə çevrilməsinə yardım edib, müxtəlif tədbirlər, seminarlar və təlimlər keçirib.

“Xalq qəzeti” 

27 2019 10:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə