Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Meksika ilə sərhəddə divar tikintisi qadağan edilib

Meksika ilə sərhəddə divar tikintisi qadağan edilib

“Reuters”in ABŞ-ın Kaliforniya ştat məhkəməsinin hakimi Heyvud Cilliama istinadən verdiyi məlumata görə məhkəmə qərarı ilə Meksika ilə sərhəddə divar tikintisinə müvəqqəti qadağa qoyulub.

Hakimin sözlərinə görə, ABŞ lideri Donald Tramp büdcə vəsaitləri hesabına divar tikdirə bilməz, çünki bu hərəkətlər hakimiyyətin bölüşdürülməsi prinsiplərinə ziddir.
Beləliklə, Pentaqonun 2019-cu ilin mart ayında müdafiə büdcəsindən ayırdığı 1 milyard dollarlıq vəsait Meksika ilə Texas ştatı arasındakı sərhəddə 91 kilometrlik sahədə divar tikintisi üçün istifadə edilə bilməz.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

27 2019 10:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə