Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əfqanıstanda 600 min uşaq humanitar yardıma möhtacdır

Əfqanıstanda 600 min uşaq humanitar yardıma möhtacdır

Əgər beynəlxalq ictimaiyyət yaxın həftələrdə 7 milyon dollar vəsait ayırmasa, o zaman aclıq və səfalətdən  əziyyət çəkən yüz minlərlə əfqanıstanlı uşaq həyatını itirə bilər. “Reuters”in verdiyi xəbərə görə, bu barədə məlumat BMT-nin saytında yerləşdirilib.

UNICEF-in rəsmi nümayəndəsi Kristofer Bulyerak Cenevrədə keçirilən brifinqdə hazırda Əfqanıstanda yaranmış vəziyyətin dünyada ən ciddi böhranlardan biri olduğunu deyib. O xəbərdarlıq edib ki, zorakılığın şiddətlənməsi və güclü quraqlıq nəticəsində 5 yaşınadək yüz minlərlə uşaq ölümlə üz-üzədir. K.Bulyerak deyib: “İki milyon əfqanıstanlı uşaq zəiflikdən əziyyət çəkir, onlardan 600 min nəfəri isə ağır vəziyyətdədir. Onlara təcili kömək lazımdır”.
O qeyd edib ki, bununla yanaşı, Əfqanıstanda yaranmış vəziyyət dünya xəritəsində yeganə “qaynar nöqtə” deyil. Bir sıra regionlarda mövcud silahlı münaqişələr və qarşıdurmalar nəticəsində Yəmən, Suriya, İraq və bir sıra Afrika ölkələrində də oxşar vəziyyət hökm sürür.  Cənubi Sudan və Konqo Demokratik Respublikası da bura daxildir. Bununla yanaşı, K.Bulyerakın sözlərinə görə, Əfqanıstandakı vəziyyət təcili diqqət tələb edir. 

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

27 2019 10:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə