Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa Komissiyası: Tereza Meyin gedişi mövqeyimizi dəyişməyəcək

Avropa Komissiyası:  Tereza Meyin gedişi mövqeyimizi dəyişməyəcək

Avropa Komissiyasının Böyük Britaniya ilə dialoqa dair mövqeyi Baş nazir Tereza Meyin vəzifəsindən ayrılmasına baxmayaraq, dəyişməz olaraq qalır. “Euronews” agentliyinin yaydığı məlumata görə, bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin nümayəndəsi Mina Andreyeva jurnalistlərə müsahibəsində açıqlama verib.
O deyib: “Britaniyanın Avropa İttifaqından çıxmasına və digər məsələlərə dair müqavilə üzrə mövqeyimiz dəyişməz olaraq qalır”.
Qeyd edək ki, iki gün öncə Tereza Mey iyunun 7-də Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa verəcəyini bəyan edib. Onu bu bəyanatla çıxış etməyə ­partiyadaşları, o cümlədən Avropa İttifaqı ilə “Brexit” üzrə Meyin təqdim etdiyi yeni razılaşmadan narazı qalan Nazirlər Kabinetinin üzvləri məcbur edib. 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

27 2019 10:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə