Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Prezidenti Tereza Meyin istefasına təəssüflənib

ABŞ Prezidenti Tereza Meyin istefasına təəssüflənib

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Böyük Britaniyanın Baş naziri Tereza Meyin istefasından ciddi təsirlənib. Bu barədə “Politico”ya istinadən “Lenta.ru” məlumat yayıb. 

“Terezanın istefasına çox təəssüflənirəm, o, mənim çox xoşuma gəlirdi”, – deyə ABŞ lideri Yaponiyaya səfəri ərəfəsində jurnalistlərə bildirib. Onun sözlərinə görə, Mey yaxşı və güclü qadındır, çox ürəklə işləyir.
ABŞ-ın dövlət başçısı qeyd edib ki, Böyük Britaniya Baş nazirinin istefası çoxlarını təəccübləndirib, ancaq o, bu addımı ölkəsinin gələcəyi və rifahı naminə atıb. Tramp sonda bildirib ki, iki həftədən sonra Meylə görüşəcək. 
Xatırladaq ki, Tereza Mey iyunun 7-də istefaya gedəcəyi barədə qərarını mayın 24-də elan edib və bu zaman göz yaşlarını saxlaya bilməyib. Baş nazir hökumət başçısı və Mühafizəkarlar Partiyasının sədri postlarını iyunun 3-də ABŞ Prezidenti Donald Trampın Böyük Britaniyaya səfərindən 4 gün sonra tərk edəcək. 
Bundan sonra isə ölkənin yeni lideri seçiləcək. Britaniyanın baş naziri vəzifəsinə əsas namizəd sabiq xarici işlər naziri Boris Conson hesab edilir. Digər namizədlər sırasında isə hazırkı XİN başçısı Ceremi Xantın, daxili işlər naziri Sacid Cavidin və İcmalar Palatasının sabiq lideri Andrea Lidsin adları çəkilir. 
Böyük Britaniyanın baş naziri postuna ən real namizəd və bu mübarizədə ən güclü iddiaçı Boris Conson dünən bildirib ki, ölkəsi Avropa İttifaqının (Aİ) tərkibindən bu il oktyabrın 31-də çıxacaq və bu məsələ müvafiq saziş imzalansa da, imzalanmasa da baş tutacaq. Conson deyib ki, hətta Aİ ilə daha münasib saziş üçün danışıqların qeyri-mümkünlüyü ortaya çıxsa belə, “Brexit” təyin olunmuş tarixdə həyata keçiriləcək: “Əlverişli sazişə gedən yol sazişsiz varianta hazırlıqdan keçir”, -- deyə sabiq XİN başçısı bəyan edib. 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

27 2019 10:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2019 | 00:09
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə