Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Silahlı Qüvvələrin Baş Klinik Hospitalında təlim kursu keçirilib

Silahlı Qüvvələrin Baş Klinik Hospitalında təlim kursu keçirilib

Ötən gün  Silahlı Qüvvələrin Baş Klinik Hospitalında “Burunətrafı ciblərin endoskopik cərrahiyyəsi - nəzəriyyə və praktika” adlı təlim kursu keçirilib. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Əvvəlcə hospitalın ərazisində ümummilli liderimiz Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyulub və xatirəsi ehtiramla anılıb. Dövlət himni ifa edildikdən sonra Ulu Öndərin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi, tibb xidməti polkovniki Tofiq Tağıyev çıxış edərək endoskopik burun əməliyyatı barədə geniş məlumat verərək cərrahi üsulların əsas məqamlarını izah edib.

Təlimə otuza yaxın iştirakçı cəlb olunub. Təlimçi-həkimlər burun və burunətrafı ciblərin anatomiyası, fiziologiyası, əməliyyata göstəriş olan patologiyaları, radiodiaqnostikası haqqında ətraflı məlumat veriblər.

Otolarinqologiya bölməsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Elnur Əkbərovun xroniki polipoz polisinusitli pasiyentin üzərində reallaşdırdığı əməliyyatı iştirakçılar canlı videobağlantı vasitəsilə izləyiblər. Təlim diskusiya formatında davam edib.

Kursun sonunda iştirakçılara sertifikatlar verilib.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

25 2019 15:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 İyun 2019 | 17:42
Görüş keçirilib
19 İyun 2019 | 15:10
İLK DƏFƏ... İKİ DƏFƏ...

Köhnə versiyamızdan xəbərləri izlə